hacklink Adalet.az | “Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu” Adalet.az | “Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

6038    |   2019-10-24 09:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əyyubov Fərhad Rüstəm oğlu 1988-ci ildə Qazaxda anadan olub.Təhsilini əvvəlcə 1 saylı orta, daha sonra isə internat məktəbində davam etdirib. 2003-cü ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olan Fərhad təhsilini tamamlamaq üçün Türkiyəyə yola düşüb. Orda oxuduqdan sonra 2012-ci ildə Bakıda hərbi xidmətdə olub. 2015-ci ildə Əfqanıstandakı NATO-nun sülhməramlı qüvvələrində fəaliyyət göstərən zabitimiz 2017-ci ildə hərbi xidmətini Qusar rayonundakı N saylı hərbi hissəyə dəyişdirib. 2018-ci ildə isə Ağdam rayonuna köcürülüb. Bu ilin yanvar ayının 31-də gecə saatlarında döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib. Beləcə, Moderator.az-ın "Danışacaqlarım var” rubrikasının növbəti qonağı Qarabağ qazisi Əyyubov Fərhaddır.

-Terroristlərin arasından sağ qayıdıb, doğma elində-obasında gülləyə tuş gələn zabitimiz bunu düşünəndə hansı hisslər keçirir?

- Əfqanıstandan sağ gəldim, düzdür, Qarabağda – Ağdamda yaralandım.Erməni snayperçi düz ayağımdan vurdu. Elə bir güllə idi ki, dəyəndən sonra partlayır. Diz qapağımın altından girib partladı, dizimi itirdim. Amma ağlım yerində idi. Vaxt itirmədən ərazidən uzaqlaşdım. Tez özümü kiçik xəndəyə saldım. Mən özümü qoruyan zaman professional snayperçi beş saniyədən bir bir-iki güllə də atdı. Amma Allah məni qorumuşdu. Ondan sonra da keçdiyim təlimlərin sayəsində canımı xilas edə bildim.

- Ayılanda necə? Bir ayaqdan olduğunuzu gördünüz və...

- Mən elə həmin an bilirdim ki, artıq ayağım yoxdur.Ağlım başımda idi. Hətta dizdən qopmuş ayağımı beləsürüyə-sürüyə gətirdim arxamca ki, bəlkəsonra hansısa cərahiyyə yolu ilə yerinə yapışdırmaq mümkün oldu. Lakin həkimlər dedilər ki, qeyri-mümkündür.

- İki müharibə iştirakçısınız. Müqayisə etdikdə, arada nə kimi fərqi ortaya çıxarırsınız?

-Əfqanıstanda dəhşətdir, mübarizə aparmaq çox çətindir: bilmirsən ki, kiminlə döyüşürsən.Real düşmən kimdir, bəlli deyil. Terroristlərhər yerdə ola bilər: sağında, solunda, arxanda və ya qarşında. Əfqanlar döyüşən xalqdır. Yaralansalar da, ölümlə çarpışsalar da, döyüş meydanından çəkilmirlər. Bunun şahidi olmuşam. Qorxaq xalq deyil. O ki qaldı müqayisəyə, biz orada NATO-ya üzv olan bir ölkə kimi dəstəkləmə əməliyyatları keçirirdik. Yəni orda əlavə qüvvə kimi iştirak edirdik. Terroristlə vuruşurduq. Qarabağda isə bir qədər asandır. Vətənimizi müdafiə edirdim. Bilirdim ki, canımdan, qanımdanolanmillətimə məxsus bu torpağı erməni işğalından azad etməkdir məqsədim. Bilirsən real düşmən var. Ön xəttdədir, bəlli bir məsafə var arada. İstənilən an bilinir ki, düşmən, təhlükə hansı istiqamətdədir. Üstəgəl, real vəziyyətdə ermənilər əfqanların dırnaqları qədər döyüşkən ola bilməzlər, səmimiyyətə qalsa. Məncə, Qarabağda mübarizə aparmaq qat-qat asandır, insana ruh yüksəlişi verir. Aclığa, susuzluğa, hər bir çətinliyə sinə gərmək asan olur. Çünki bilirsən məqsəd var. Əfqanıstanda da məqsəd olsa belə vətən sevgisi qədər bir istək yoxdur. Orada dövləti təmsil edirsən, amma Qarabağda birbaşa dövlət üçün nəsə edirsən. Mən də indiyə qədər gördüyüm bütün işlərdə, əldə etdiyim nailiyyətlərdən öncə fikirləşmişəm ki, bu dövlət üçün nə edə bilərəm?

- Hərbçi olmaq çətin peşə deyilmi?Niyə bu ağır yükün altına girməyi seçdiniz?

- Mən uşaqlıqdan görmüşəm ki, qız-gəlinlər, analar-bacılar bombardmandan qaçıb gizlənməyə zirzəmilər axtarıblar.Ermənilərin yurd-yuvalarımızı işğal etdiklərini eşitdikcə, torpaqlarımızı aldıqca, həmvətənlilərimə necə qan uddurduqlarını öyrəndikcə onlara olan nifrətim də artırdı və nəticədə qisas üçün qarşıma məqsəd qoydum. Beləcə, hərbçi olmağa üstünlük verdim və heç də peşman deyiləm. Hətta xidmət dövrümdə əsgərlərə əlimə internet keçən kimi 1988-93-cü illəri əks etdirən lentləri göstərirdim ki, ruh yüksəkliyi yaransın onlarda. Biz bir az unutqan millətik. Mən istəmirdim ki, əsgərlər ermənilərin törədikləri vəhşilikləri unutsunlar. Ən böyük arzularımdan biri də bu olub ki, Qarabağda torpaqlarımızın geri qaytarılmasında azca da olsa rolum olsun.

- Bundan sonra da təbliğatla məşğul olacaqsınızmı?

- İnşallah, ayağımın protezi qoyulandan sonra həmişə əsgərlərə, gənc nəslə Qarabağı təbliğ etmək, unutdurmamaq üçün əlimdən gələni edəcəyəm.Bu millət torpağı unutmamalıdır. Bizim üçün Zəngəzur nədirsə, 50-60 yaşımıza çatanda Qarabağ bizim üçün o problemə çevrilməməlidir... Ermənistan torpaqları bizim dədə-baba yurdlarımız olub. Amma onların bu dəqiqə dövlət sərhəddidir, təəssüflər olsun ki. Gənc nəslimizdə də bu hal belə formalaşıb ki, Göycə mahalımız, Zəngəzur, İrəvan artıq ermənilərindir, nədənsə belə qəbul olunub. Amma mən istəmərəm ki, övladım Qarabağın erməni torpağı olduğunu qəbul etmiş olsun. Bu, mənim üçün ən böyük zərbə olar. Buna yol verməməliyik! Arzum budur ki, vaxt, zaman gələr, bizə də komanda verilər. Gedib torpaqlarımız uğrunda vuruşarıq, əbədi olaraq özümüzə qaytararıq. Qarabağımızı geri almaq hər birimizin namus borcudur.

- O vaxtdan sonra döyüş bölgələrində olmusunuzmu?

- Olmuşam.Ümumiyyətlə, mənə deyəndə də ki, döyüş bölgəsinə yola düşürük, hədsiz sevinmişəm, eyni zamanda üzülmüşəm. Çünki mənə ən çox xəcalət verən hal budur ki, öz torpaqlarıma hansısa sektordan durbinlə baxım.

- Psixologiyanıza təsir edəcək anlarınız olubmu?

- Müəyyən şeylər var ki, insan anındaca barışmalıdır. Bu çətin anlarda bir balaca boşluq yaransaydı, "niyə belə oldu?” kimi sual ətrafında düşünsəydim, bəlkə də indi qarşınızda oturmazdım. Təbii ki, şəhid olmaq hamının arzusudur. Ancaq Azərbaycan hərbçisi ölməkdən çox öldürməyi düşünməlidir. Qəhrəmanlığı sağ ikən təbliğ etsək, daha çox nailiyyət qazana bilərik. Bu, şəhidlərimizə zidd fikir deyil əsla. Əksinə, döyüşdən sağ çıxmaq üçün bir motivasiyadır.

- Ailənizi necə dolandırırsınız?

- Mən zabitəm, maaşımın 80 faizini alıram.

- Qane edir?

- Mən sırf tapşırıq yerinə yetirərkən yaralanıb, əlil olmuşam.Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşdə yaralanmışam. Buna görə Prezident təqaüdü də alıram. Ondan əlavə, Qazaxın böyük xeyriyyəçisi Elçin Carçıoğlunun şirkətində müşavir kimi də fəaliyyət göstərirəm. Bu da böyük dəstəkdir. Valideynlərim də kömək edir.

-İndi Elçin Carçıoğlundan başqa sizinlə maraqlananlar varmı?O vaxt əməliyyat olunanda yanınıza gəlib, boy-boy fotolar çəkdirib paylaşan məmurlar heç olmasa, telefonla da olsa belə hal-əhval tuturlarmı?

- Əməliyyat olunanda korpus komandirimiz general-mayor Hikmət Həsənov, Ağdamın icra başçısı yanıma gəlmişdi.Bir neçə məmurlar da...

-O gündən sonra maddi-mənəvi dəstək olanlar varmı?Protezin pulunu kim ödəyəcək?

- Xeyr, heç kim. Protezin pulunu dövlət ödəyəcək.

- Hansı dərəcəli protez olacaq?Birinci?

- Xeyr, üçüncü dərəcəli.

- Təəssüf...

- Yenə də Vətən sağ olsun!

- Peşman olmusunuzmu nə vaxtsa ayağınıza baxanda?

- Qətiyyən! Lazım gələrsə, o biri ayağımı da verməyə hazıram.

Hazırladı: Könül Aypara




İmza:

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK