ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

9803    |   2019-09-19 11:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi universitet kollektivi Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub.

Səfər ADU rektorunun göstərişi ilə universitet və Cocuq Mərcanlı kənd məktəbi arasında il boyu davam edən dayanıqlı əməkdaşlıq proqramı çərçivəsində və "Bilik günü” münasibəti ilə baş tutub. Prorektor Tamam Cəfərovanın başçılıq etdiyi kollektivə universitetimizdən dekan Məmməd İsmayılov, kafedra müdirləri Aytən Bayramova və Gülnarə Sadıxova, eyni zaman dekan müavini Anar Rəhimov daxil olub.

Səfər zamanı prorektor Tamam Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıq, əyani vəsaitlər, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.

Açılış lentini kəsən Tamam Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oyanacaq. O, bu il tələbələrin məktəbdə 2 ay uğurla pedoqoji təcrübə keçdiklərini, Cocuq Mərcanlı kənd məktəbində səmərəli və faydalı əməkdaşlığın ADU rektoru akademik Kamal Abdulla üçün prioritet sahə olduğunu bildirib, universitetin bundan sonra da bu dəstəyini və yardımını əsirgəməyəcəyini bildirib.

Prorektor eyni zamanda bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyinin də sevindirici hal olduğunu, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb.

Məzun Məsmə Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığan müəllimələrdən olub, daha sonra könüllü və israrla Cocuq Mərcanlı məktəbində ingilis dilini tədris etməyə can atıb, hazırda məktəbdə ingilis dili məşğələlərini aparmaqdadır.

Tamam Cəfərova "Bilik günü” münasibəti ilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən məktəbin 8-ci sinif şagirdlərinə "Mütaliə – uğura aparan yol” mövzusunda açıq dərs keçib.




İmza:

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK