hacklink Adalet.az | Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur Adalet.az | Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

29381    |   2019-09-18 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Üzeyir Hacıbəylinin yaxın dostuna hədiyyə etdiyi əşyalar 70 ildir Ağcabədi sakini tərəfindən qorunub-saxlanılır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Ü.Hacıbəyli dövrünün görkəmli ziyalılarındanMirzə Vəli İsmayılovla yaxın dost olub.

Ü.Hacıbəyli özünə məxsus bir neçə əşyanı – tar, saat və eynəyi yaxın dostuna hədiyə verib. Bu gün də həmin əşyalar İsmayılovlar ailəsi tərəfindən qorunur.

M.V.İsmayılovun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, bu dostluğun maraqlı tarixçəsi var.

Ü.Hacıbəyovun atası Əbdülhüseynin Rəncbərlər kəndi ilə qohumluğu beşyaşlı M.V.İsmayılovun 1890-cı ildə dahi bəstəkarla Şuşa realnı məktəbinə getməsinə səbəb olub.

Bu məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə yollanıblar.

Ü.Hacıbəyli seminariyaya həmin il, M.V.İsmayılov isə iki il sonra qəbul olub. 1907-ci ildə seminariyanı bitirən M.V.İsmayılov təyinatla Qubada iki sinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Eyni zamanda, "Kaspi” qəzeti ilə əməkdaşlıq edib.

M.V.İsmayılov Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda yaşayıb işlədikdən sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə -75 yaşında doğma kəndi olan Rəncbərlərdə həyata gözlərini yumub.

A.İsmayılov qeyd edib ki, Ü.Hacıbəyli saatını və eynəyini M.V.İsmayılova hədiyyə edib, onun oğlu Ənvərə tar göndərib. Ü.Hacıbəylinin yadigarı olan bu eynək və tar ailə tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub-saxlanılır.

İsmayılovlar nəslinin digər nümayəndəsi Rəsul İsmayılovbildirib ki, Ü.Hacıbəyli onlarla əlaqəni heç vaxt kəsməyib:

"Onlar həmişə bir-birinin evinə gedib-gəliblər. Üzeyir bəyin Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən dəyərli xatirə kimi saxlayırıq. Dahi bəstəkarın göndərdiyi tar ailədə musiqiyə maraq oyadıb”.




İmza:

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir

Əlibaba Məmmədov: Artıq danışmaqda və yeriməkdə çətinlik çəkirəm

Azərbaycanlı rejissorun filmi Amerikada səhnəsində - Video

BDU-da “Ozan sənəti - milli sərvətimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”

Noyabr ayı üçün ən çox gözlənilən filmlər

Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə - FOTO

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

“CinemaPlus”da “Midvey döyüşü” olacaq - VİDEO

“Rəmişə qızıl saat hədiyyə etdim, uşaq kimi sevindi” - Sənətkarın həyat yoldaşı

“Çarlinin mələkləri” “CinemaPlus”a gəldi - VİDEO

“CinemaPlus”da möhtəşəm Bayraq Günü - VİDEO

SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK