hacklink Adalet.az | UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib Adalet.az | UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

6431    |   2019-09-13 17:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi "Oriyentasiya günü” keçirilib.

Dünya universitetlərində də hər il ənənəvi təşkil olunan "Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır.

UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan "Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumatlar verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər.

Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, UNEC Startap və "Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə onlara tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. UNEC Startap və Enactus stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olunub. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verərək, mərkəzin fəaliyyətindən söz açıblar, onlara Karyera planlama testi təşkil ediblər.

"Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, tələbə təşkilatlarının fakültə nümayəndəlikləri, ikinci əlaçı təqaüdü qazanan və fəal tələbələri, eyni zamanda UNEC-in ikili diplom proqramları barədə məlumatlar əldə ediblər.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, UNEC-ə 2019/2020-ci tədris ilində 4799 tələbə qəbul olunub, onların 3273 nəfəri bakalavr, 1526-si isə magistrdir.




İmza:

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Dillər Universiteti Konfutsi İnstitutu beynəlxalq forumda iştirak edib

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO