nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Xızı sakinindən əl qumbarası, avtomat və patronlar götürülüb Adalet.az | Xızı sakinindən əl qumbarası, avtomat və patronlar götürülüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Xızı sakinindən əl qumbarası, avtomat və patronlar götürülüb

14697    |   2019-09-07 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı oradan bir ədəd əl qumbarası, bir ədəd partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib, odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.

İlkin dindirilmə zamanı E.Abbasov silah və döyüş sursatının çay kənarında tapdığını bildirib.

Faktla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23
2020-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK