nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | "Qələbə olacaq, mütləq olacaq!" Adalet.az | "Qələbə olacaq, mütləq olacaq!" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Qələbə olacaq, mütləq olacaq!"

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

6750    |   2019-09-02 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kiçik arayış. Nəzakət Salah qızı Məmmədova. Şairə-publisist. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru.

Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Yada düşdü" ədəbi-bədii jurnalın təsisçisi, baş redaktoru.

"Ömrüm", "Ömrün qatarı", "Saralmış yaprağa benzeyir ömrüm", "Yurd dediyim bu torpaq" kitablarının müəllifi. Prezident mükafatçısı,

"Qızıl qələm", "Rəsul Rza", "Mikayıl Müşfiq" mükafatları laureatçısı.

Tam səmimiyyətimlə etiraf edim ki, az-maz yazı-pozu adamı olmağıma baxmayaraq həmişə şairlərə qibtə ilə yanaşmışam, "qəlbini zəngin poeziya xəzinəmizin gülüstanına, çəmənzarına açan söz xiridarlarına" əlçatmaz baxmışam. Bir sözlə "şairlər ayrı insan növüdürlər" fikrilə tamamilə razılaşmışam. Hətta onların yer üzünə Tanrı töhfəsi, Tanrı sevgisi olduğuna heç şübhəm yoxdur. Bu gün onlardan biri, şairə-publisist Nəzakət xanım haqqında söz açmaq istərdim. Mənə elə gəlir ki, bu ad ona qoyulmayıb, elə onunla birligdə doğulub, boyuna-buxununa, ədəbinə-ərkanına biçilib. "Adına oxşayan, onu doğruldan insanlar çox olmur". Xüsusən də təzadlarla dolu, hər şeyin madiyatla "qiymət"ləndirildiyi bir zamanda...

Onu beş-altı ildir tanıyıram. Sözündən əvvəl özünə, ədəb-ərkanına, xaım-xatınlığına vuruldum. Və bu vurğunluq məni ona daha çox bağladı. Şeirlərini oxudum, söhbətini dinlədim, qəlbini, ruhunu duydum. İlahi bu qadının sözü də, özü də başdan-başa milli ruha, kökə-soya göklənib. O, ruhda "elinə-obasına, ocağına, sevdiyinə, doğmalarına dəyər verən Azərbaycan xanımı, anası, bacısı" əks olunub. O, ruhdan itirilmiş yurd ağrısı, Vətənsizlik dərdi boylanır. "Dərdlər içində ən ağır dərd olan Yurd həsrəti, Yurd dərdi" Nəzakət xanımı için-için göynədir, yandırır, sızladır. Daşına, çınqılına həsrət qaldığı Şuşa, Xocalı, Laçın, Zəngilan yanğısıilə

Yurd dediyin bu torpaq

Döyüş qərargahımdır.

Hər çınqılı hər daşı,

Ulu səcdəgahımdır

-söyləyən şair Vətənin qayasının, çınqılının, mamırının belə müqəddəs olduğunu bir daha vurğulayır. Əksər şerlərində günümüzün ən aktual məsələsi, Qarabağ dərdi, millət harayı, torpaq itkisi, Vətən iztirabı çözülür. Bu dərd, bu ağrı onun qəlbini yandırıb-yaxsa da şeirlərində üsyankarlıq, zəfər, qürur, qələbə müjdəsi var. Və o müjdəni Azərbaycan əsgərinin bəxş edəcəyinə böyük inam, ümid var.

Səndən söz açdıqca yorulmur ürək,

Ümidlər açılır hey çiçək-çiçək.

Əzminlə yurduma zəfər gələcək,

Zəfər ünvanısan Vətən əsgəri.

Və yaxud,

Bir gün mütləq uçulacaq,

Bu dərdin, qəmin hasarı.

Çiçəkləyər bu millətin,

Ümid dolu arzuları.

Dünyada ən ağır köç ana, ata köçüdür" deyirlər. Bu ağır yük vaxtından çox əvvəl Nəzakət xanımın çiyinlərinə düşüb. Nağıla bənzər o xoşbəxt qürurlu, vüqarlı günlərinin xiffətini çəkən şairə "Ata" şerində onun itgisilə heç barışmır:

Qururum, vüqarım, həm güvənc yerim,

Əlçatmaz zirvəsən, bir qarlı dağsan.

Sən mənim ən ali həyat məktəbim,

Ata ölməmisən, qəlbimdə sağsan.

Deyirlər ki, "hər fəsil gəlişi ilə yer üzünə özünəməxsus büsat gətirdiyi kimi, hər kitabın da nəşri qəlblərə sevinc, təzə-tər nəfəs bəxş edir". Nəzakət xanımın da 2018-ci ildə işıq üzü görən "Yurd dediyim bu torpaq" kitabı qarşımdadır. Əvvəl vərəqlədim, həzin, duyğu dolu misralar "suya möhtac çöl kimi" ruhuma hopdu və "poeziyanın sirli-sehrli, cazibədar axını" onu oxumağa vadar etdi. Oxudum, şeirlərinin hər birinin öz mənası, öz məzmunu var. Hər sözü, hər misrası milli yaddaşa, milli ruha kökləndiyi üçün şerlərindən bir ümid işığı böylanır. "O şairin ki üzündə, çöhrəsində nur, işıq var, deməli, onun ruhundan süzülən gözəl şeirlərində də bu nur, işıq o qədər görünür". Əslində Nəzakət xanım özü işıqlı, nurlu bir insandır. Elə bil həmişə gülümsəyir, üz-gözündən nur süzülür, düşünürsən "bu qədər işığı, duruluğu hardan alıb bu insan? Duruşu da, güləndə gülüşü, danışanda danışığı da, yazanda sözü də işıq olan insandır- Nəzakət xanım". Bu duruluq yaradıcılığına da hopub. Üzündən, qəlbindən süzülən bu nur şeirlərinə bələnib, onu ağuşuna alıb. "Mən bu şairin sözünün işığına bələnmək istəyirəm!" söyləyən Barat Vüsal nə qədər haqlı imiş. Əslində təkcə o yox, Nəzakət xanımı oxuyan, duyan hər kəs o işığa bələnmək, o işığda nurlanmaq istəyir. Çünki o işıqdan qəlblərə "amal, kamal, əməl" paklığı süzülür.

Hər kəsin qəlbində dinsin vicdanı,

Nə olar, həyatı möcüzə bilək.

Zamanı incidib, qovan dünyanı,

Qorusun gözəllik, məhəbbət, istək- söyləyən xanımın şerlərində "hər sözün öz rəngi, öz ahəngi" olduğu üçün "beynə nüfuz edir, qəlbə hakim kəsilir". Bu poeziya da zəif söz yoxdur, onlar oynaq, canlı və axıcıdır. Deyim-üslub tərzi özünəməxsusdur. Güclüdür, sadədir, ortababdır. Fərq etməz.

Yenidir, təravətlidir, orijinallığılə, fərdiliyilə, bədii zövqilə, estetik duyumuilə, fikirlərinin aydınlığılə, ardıcılığılə, dilinin və üslubunun sadəliyilə. Bu ondan irəli gəlir ki, o, müraciət etdiyi hər mövzuya eyni sevgilə, eyni səmimiyyətlə yanaşır.

Səmimiyyət, Nəzakət xanımın həyat kredosudur. İndi çoxlarının yalançı "səmimiyyət"ə büründüyü bir vaxtda, xoşbəxtlikdən Nəzakət xanım onu həm yaradıcılığında, həm həyatında qoruyub saxlaya bilib.

Odur ki, oxucu onun ilhamının səmimiyyətinə inanır və onu sevərəkdən oxuyur, qəlbən duyur.

"Yükümü tutmuşam gördüklərimdən" -deyən Nəzakət xanım təkcə bir şairə kimi yox, həm də bir ana kimi oxucusunu Vətən, Yurd, Millət qeyrəti çəkməyə səsləyir. Oxucu "duyğulanır, təsirlənir, təzələnir, səfərbər olur".

Vətən çırpınırdı ağrı içində

Qıvrıla-qıvrıla qalmışdı yollar

Qeyrət qılıncını çəkib gedirdi

Vətəni anatək sevən oğullar.

"Bir sabah var-ümidimi bu sabaha bağlamışam" -söyləyən şairə xanım istər həyatda, istər yaradıcılığında sabah çox ümidlidir. Tanrısının çox şükürlü bəndəsi olan Nəzakət xanım

Mən ömrümü sabahlara bağlayıram.

İtirdiyim hər nə varsa,

sabahımda tapacağam"

-deyərək oxucusunu hər an ümidlə, inamla mübarizəyə səsləyir. O, sabahda Qələbə var! Şairə-publisist Sona xanım Vəliyeva demiş "Qələbə olacaq, mütləq olacaq!".




İmza:
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK