Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir Adalet.az | Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir

13835    |   2019-08-19 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçaların hər həftə qəbulu prosesi həyata keçirilir. Bu zaman xalçaların keyfiyyəti qiymətləndirilir, nümunəvi toxucular mükafatlandırılır.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən  verilən məlumata görə, son ayların xalça qəbulunda Səhmdar Cəmiyyətin Cəbrayıl filialının məhsulları öz keyfiyyəti ilə seçilib, filiala nümunəvi fəaliyyətinə görə təşəkkür elan olunub. Toxuculardan Nuridə Bəşirovanın, Gülnar Məmmədovanın, Fəridə Məmmədovanın, Pünhanə Allahverdiyevanın, Ruhanə Murtuzovanın, Mehriban Abbasovanın, Aynurə Süleymanovanın və Günay Kərimovanın ərsəyə gətirdikləri xalçalar yüksək qiymətləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" 3 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialda ötən ilin dekabr ayından məhsul istehsalına başlanılıb.

Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva deyir ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 250 kavadratmetrə yaxın xalça toxunub.

Eliza Abdullayeva bildirir ki, Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Cəbrayıl rayonunda həmişə orijinal çeşnili Qarabağ xalçaları toxunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilən cəbrayıllılar arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. "Azərxalça”nın Cəbrayıl filialının yaradılması həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək baxımından çox əhəmiyyətli hadisədir.

Burada usta xalçaçı vəzifəsində çalışan Çinarə Xalıqova toxucuların peşəkarlığından razılıqla danışır. Deyir ki, filialda çalışan toxucular gözəl xalçalar toxumaq üçün əllərindən gələni əsirgəmirlər: "Buraya cəlb etdiyimiz gənclərə tədris-hazırlıq kurslarında sənətin sirlərini öyrətmişik. İndi elə gənclərimiz var ki, uzun illərin toxucuları kimi xalçalar ərsəyə gətirirlər”.

Filialda çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar. Onlardan biri də Nuridə Bəşirovadır. Onun dediklərindən: "Bu filial Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə Prezidentimizin böyük hədiyyəsidir. Xalça toxumaq üçün lazımi şərait olmadığından peşəkar toxucular bu sənətdən ayrı düşmüşdü. Xalçaçılıq Cəbrayıllı toxucular arasında az qala unudulmuşdu. Bu filialın yaradılması ilə bizim qədim sənətimiz özümüzə qaytarıldı. Biz indi dövlətimizin yaratdığı müasir emalatxanada işləyir, gözəl xalçalar toxumağa çalışır, qədim sənətimizi yaşadırıq”.

Onlara yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edən toxucu Kəmalə Quliyeva deyir ki, cəbrayıllıların ən böyük arzusu doğma torpaqlarına geri qayıtmaqdır. Onlar əmindir ki, Azərbaycan Prezidentinin apardığı müdrik siyasət nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, Cəbrayıl da yenidən qurulacaq, orada belə müasir xalça fabrikləri açılacaqdır.
"Sevindirici haldır ki, dövlətimizin qayğısı ilə Qarabağ xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Xalçaçlığa göstərilən qayğı, Qarabağ bölgəsində, eləcə də Qarabağdan məcburi köçkün düşənlər üçün respublikamızın müxtəlif yerlərində yaradılan fabriklər gənclərin bu milli sərvətimizə sahiblənməsi baxımından çox böyük önəm daşıyır. Əgər bu fabrik olmasa idi, gənclər burada çalışmayacaq, beləliklə, tarixi Qarabağ xalçaları, Cəbrayılda toxunan çeşnilər barədə məlumatları olmayacaqdı. İndi burada çalışan gənclər bilir ki, Cəbrayılın Ağtəpə, Böyük Mərcanlı, Çaxırlı, Şahvəlli, Şıxlar, Qalacıq, Söyüdlü, Hovuslu, Xələfli, Çullu, Doşulu, Dağ Tumas kimi xalçaçılıq məntəqələri var. Cəbrayıldan olan məcburi köçkünlər üçün yaradılan bu emalatxanada biz vaxtilə həmin xalçaçılıq məntəqələrində toxunan xalçaları toxuyuruq”, - xalçaçı Tamam Namazova belə deyir.

Cəbrayıllı toxucular onlara göstərilən qayğının müqabilində keyfiyyətli xalçalar toxuyurlar. Elə bunun nəticəsidir ki, ötən həftə növbəti xalça qəbulu üçün gətirələn xalçaların hamısı qənaətbəxş hesab olunub. Onlar daha gözəl xalçalar toxumaq üçün əzmlə çalışır, gələcəyə böyük ümidlə baxırlar.




İmza:

Üzeyir Hacıbəylinin seminariya dostuna hədiyyə etdiyi tar, saat və eynək Ağcabədidə qorunur

Mehriban Əliyevadan Milli Musiqi Günü ilə bağlı paylaşım

“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

"Qodonun intizarında" fərqli səhnədə

Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi

“Yad gəlin” gəlir

“CinemaPlus”da MDB-dən olan sosial şəbəkə fəalları üçün “JARA” filminin nümayişi - FOTO/VİDEO

Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində daha fəal olmağa çağırdı - VİDEO

Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Novruz Novruzlu: Qafil Oyan - Video

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK