nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖZÜNÜZ MƏNİ GÖRÜB? Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖZÜNÜZ MƏNİ GÖRÜB? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: GÖZÜNÜZ MƏNİ GÖRÜB?

Respublika ərazisində avqustun 1-dən 31-dək keçirilən “Təmiz hava” aylığı davam edir

4886    |   2019-08-19 13:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim nə deyir desin, təmiz hava olmayan yerdə heç vaxt sağlam insan ola bilməz. Yəni udduğumuz hava, içdiyimiz su, yediyimiz qidalar ekoloji cəhətdən təmiz olmalıdır ki, biz insanlar da rahat ömür sürək və tez-tez xəstələnib həkimin yanına müayinəyə getməyək.

Amma nə etmək olar ki, biz bunu görə-görə yenə təbiətə qənim kəsilirik; ağacları qırırıq, dənizi, çayları, gölləri zibilləyirik, atmosferə normadan artıq zərərli qazlar tullayırıq. Bax, bütün bunlar axırda gətirib təbiəti yaman günə qoyur. Təbiət də elə-belə deyil ha, onun da qisası çox ağır olur. Yəni meşələr qırılırsa, dəniz, çaylar, göllər çirklənirsə və havayı da normadan artıq zərərli qazlar atırlısa, o, bumeranq kimi nə vaxtsa qayıdıb bizim özümüzə dəyir.


Elə buna görə də təbiətin və atmosferin qorunması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bu ildən başlayaraq ildə iki dəfə "Təmiz hava” aylığı keçirir. Bu aylıq Yol Patrul Xidməti Alayının müxtəlif tağımlarında da mütəmadi olaraq on planda saxlanılır.

Yol Patrul Xidməti Alayının 1-ci tağımında da "Təmiz hava” aylığı ilə bağlı hər gün tədbirlər həyata keçirilir. Belə ki, tağımın Saraydakı stasionar postunda nəqliyyat vasitələrində dəm qazının miqdarını yoxlamaq üçün xüsusi cihaz da quraşdırılıb. Bu cihazın köməkliyi ilə avtomobillərdə atmosferə atılan zərərli dəm qazının miqdarı müəyyənləşdirilir.


"VAZ” 90 CV 796 nömrəli maşın stasionar postda polis serjantı Əli Rzayev tərəfindən saxlanılır. Sürücü avtomobili göstəriş verilən yerdə dayandırır. Maşın müayinədən keçirilir. Cihazda nəqliyyat vasitəsindən atmosferə atılan zərərli qazın miqdarı göstərilir – 6,5 faiz! Avtomobilin sürücüsü Kazım Süleymanov özü də buna təəccüblənir. Polis serjantı öncə onunla maarifləndirici söhbət aparır və sürücünün nəzərinə çatdırır ki, nəqliyyat vasitəsindən atmosferə normadan artıq zərərli qaz atılır. Buna görə də avtomobilin mühərrikində yaranmış texniki qüsuru aradan qaldırmalıdı. Sürücü onunla razılaşır və söz verir ki, günü bu gün avtomobildəki nasazlığı düzəltdirəcək.


Digər "Opel” markalı 90 SE 224 nomrəli maşının sürücüsü Elbəy Hüseynova da polis serjantı Əli Rzayev tərəfindən "saxla!” işarəsi verilir. Sürücü heç bir irad bildirmədən avtomobili zərərli qazın miqdarını müəyyənləşdirən cihaza yaxınlaşdırır. Əli Rzayev maşının mühərrik hissəsində yoxlama aparır. Cihaz atmosferə atılan dəm qazının normaya uyğun olduğunu göstərir. Deyəsən, sürücü də bu nəticəyə sevinir və yol polisi əməkdaşı sürücüyə öz təşəkkürünü bildirir, onu yola salır.

Polis baş serjantı Anar Hümbətov "Opel” markalı 99 TM 408 nömrəli maşını saxlatdırır. Sürücü maşından düşən kimi əsəbi halda dillənir:

- Gözünüz məni görüb? Elə hara gedirəm yol polisləri "saxla” işarəsi verir. Mən də artıq maşın saxlamaqdan yorulmuşam.

Polis baş serjantı avtomobili nə üçün saxlatdığını ona izah edir:

- "Təmiz hava” aylığı ilə əlaqədar maşınınızı müayinədən keçirəcəyik. Texniki qüsur olsa, tədbir görəcəyik, heç bir problem yaranmasa, tay sizə sözümüz yoxdur, "yaxşı yol!” deyəcəyik”.

Biz maşın müayinə olunan anda müəyyən kadrları telefonun yaddaşına köçürürük. Bu vaxt sürücü yenidən əsəbləşir:


- Axı siz kimsiniz ki, mənim maşınımın şəklini çəkirsiniz?!

Deyirik ki, yol polisinin reydini işıqlandıran jurnalistik. Sürücü bir qədər sakitləşir. Ancaq görürük ki, yenə narahatdı. Çünki ehtiyat edir ki, maşında texniki qüsur aşkarlanar və atmosferə normadan artıq zərərli qaz atdığını biz də mətbuatda yazacağıq. Maşın müayinədən keçirilir, məlum olur ki, avtomobil texniki cəhətdən sazdır və atmosferə normadan artıq zərərli qaz atılmır. Sürücünün çöhrəsinə gülüş qonur və bizə irad tutduğu üçün peşmançılıq hissi keçirir. Deyir ki, mən bilmirdim yol polisi və jurnalistlər mənimlə belə mədəni davranar. Sürücü Toğrul Məmmədov polis baş serjantı Anar Hümbətova və bizə təşəkkür edib sükan arxasında əyləşərək oradan uzaqlaşır.

"Mersedes” 90 VH 266 nömrəli nəqliyyat vasitəsi də stasionar postda polis serjantı Əli Rzayev tərəfindən saxlanılır. İnsaf naminə deyək ki, əvvəlki sürücüdən fərqli olaraq "Mersedes”i idarə edən Elvin Əliyev yol polisinin onu saxlamağına hörmətlə yanaşır və maşını texniki qurğunun yanına gətirir. Maşın müayinə olunanda burda da atmosferə atılan zərərli qaz normaya uyğun gəlir. Yol polisi əməkdaşı Əli Rzayev həmin sürücüyə də minnətdarlıq edib, yola salır.


Ümumiyyətlə, Yol Patrul Xidməti Alayının 1-ci tağımında "Təmiz hava” aylığı ilə bağlı keçirilən reydlərdə sürücüləri cərimələməkdən çox xəbərdarlıq etməyə və maarifləndirməyə önəm verilir. Bu da istər-istəməz öz müsbət nəticəsini göstərir. 1-ci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bizimlə söhbətində bildirdi ki, "Təmiz hava” aylığı başlanandan bu günə kimi çoxlu sayda sürücü barəsində əməkdaşlarımız inzibati protokol tərtib edib. Barələrində inzibati tədbirlər görülən sürücülər 50 manat məbləğində cərimə ediliblər. Reydlər vaxtı ən çox biz sürücülərin maarifləndirilməsinə və fərdi qaydada onlarla söhbət aparılmasına diqqət yetiririk. Çünki bir çox halda görürük ki, səmimi söhbətlər inzibati cəzalardan daha yaxşı nəticə yaradır. Əməkdaşlarımızdan Anar Hümbətov, Adil İsmayılov, Əli Rzayev, Emin Əsədov öz üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirirlər. Hər səhər növbə qəbul ediləndə tağımın hər bir əməkdaşına sürücülər və hərəkət iştirakçıları ilə nəzakətlə davranmağı tövsiyyə edirik. Həm də əməkdaşlarımızı təlimatlandırırıq ki, kobud qayda pozuntularına qarşı daha ciddi mübarizə aparsınlar.

Göründüyü kimi, Yol Patrul Xidməti Alayının 1-ci tağımında və eləcə də bütün tağımlarda "Təmiz hava” aylığı ilə bağlı reydlər və tədbirlər davam etməkdədir. Respublikanın avtomobil yollarında, bununla yanaşı, Bakı-Quba magistralında hərəkət edən hər bir sürücü öncədən diqqətli olmalıdır ki, idarə etdiyi avtomobildə texniki qüsur yaranaraq atmosferə zərəli qazlar atılmasın. Yəni bu nöqsanlar vaxtında aradan qaldırılsın və həmin sürücüləri də stasionar postlarda heç bir yol polisi əməkdaşı saxlamasın.




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK