Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sərnişinləri qorxudan sərxoş stüardessanı işdən çıxardılar Adalet.az | Sərnişinləri qorxudan sərxoş stüardessanı işdən çıxardılar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Sərnişinləri qorxudan sərxoş stüardessanı işdən çıxardılar

4914    |   2019-08-16 11:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerikanın "Air Wisconsin" aviakompaniyasının stüardessası "Çikaqo-Saut Bend" reysi zamanı sərxoş olub, sərnişinləri qorxutub və sonda işini itirib.

Xarici mətbuatın yazdığına görə, 49 yaşlı Culianna Març sərnişinlərin təyyarəyə minməsinə icazə veriləndə artıq sərxoş imiş. Qadın insanlara əhəmiyyət verməyib, anlaşılmaz bir açıqlama verib və kreslosuna yıxılıb.

Uçuş müddəti ərzində o, sərnişinlərin xahişlərinə reaksiya göstərməyib. Təyyarə endikdən sonra onlardan biri hava gəmisinin komandirinə bu barədə məlumat verib. Həmin vaxt ekipaj artıq Culliananın vəziyyətindən xəbərdar idi. Ondan qan analizi götürülüb və nəticədə qadının alkoqol qəbul etdiyi sübuta yetrilib.

Aviaşirkət stüardessanı işdən çıxarıb və qadını məhkəməyə verib.



İmza:Eminquey
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK