viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Rusiyalı ekspert: "Paşinyan vəziyyəti anlamır və səmərəli dialoqda iştiraka hazır deyil" Adalet.az | Rusiyalı ekspert: "Paşinyan vəziyyəti anlamır və səmərəli dialoqda iştiraka hazır deyil" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Rusiyalı ekspert: "Paşinyan vəziyyəti anlamır və səmərəli dialoqda iştiraka hazır deyil"

10933    |   2019-07-22 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistanın Baş naziri Nikol Paşinyan, görünür, hətta yerli mətbuatı oxumur və erməni ekspertlərin fikirlərini nəzərə almır. Erməni ekspertlər Ermənistan liderinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yanaşmasını uzun müddətdir tənqid edirlər.

Əlbəttə ki, erməni analitiklər N.Paşinyanı güzəştlərə getməyə çağırmayıblar, lakin onun cəfəng fikirlərindən çox bəhs ediblər. Bununla belə, Baş nazir bu yaxınlarda "Azadlıq” radiosunun Ermənistan xəbərləri xidmətinin direktoru Qrayr Tamrazyana müsahibəsində öz sözlərini təkrarlayıb.

N.Paşinyan xatırladıb ki, seçildikdən sonra elan etmişdi - Qarabağ münaqişəsinin istənilən həll variantı Ermənistan xalqı, Azərbaycan xalqı və "Qarabağ xalqı” (sonuncu bəndə hələ qayıdacağıq) üçün məqbul olmalıdır:

"Bu, bizim reallığımızda misilsiz bəyanat olub, çünki heç bir erməni lider deməyib ki, nizamlanma Azərbaycan xalqı üçün məqbul olmalıdır”.

N.Paşinyanın bu mantrası Ermənistanda dəfərlərlə tənqid atəşinə tutulub. Bu, Ermənistan və Azərbaycan cəmiyyətlərini tam qane edən həll yolu ola bilməz. Kompromislər barədə danışmaq olar. Lakin kompromislər və güzəştlər N.Paşinyan üçün tabudur.

Media.az-ın söhbət etdiyi rusiyalı siyasi məsləhətçi Dmitri Fetisov erməni liderin hər dəfə təkrarladığı sözügedən mantra – söz yığını barədə fikirlərini bölüşüb:

- Həqiqətən də hamını qane edə bilən həll yolu mövcud deyil. Əks halda, Qarabağ məsələsi çoxdan bağlanmışdı. Hətta Ernənistanda hakimiyyətin dəyişməsi, "Qarabağ klanı”nın getməsi heç bir tərpənişə gətirib çıxarmadı. Nikol Paşinyanın Qarabağ üzrə bütün bəyanatları onun mövqeyinin sarsılmaz olduğunu deyil, münaqişənin nizamlanmasını uzatmaq cəhdlərini təsdiq edir.

O, əslində məsələnin həllini istəmir, sadəcə, bu mövzudan istifadə edir. Lakin olduqca uğursuz oynayır. Axı hətta Ermənistan cəmiyyətində Paşinyanın bu cür yanaşmasına qarşı çıxırlar. Erməni lider, görünür, kənar müşahidəçilər – ABŞ, Rusiya üçün çalışır. Bu, açıq-aydın populist yanaşma vaxtı uzatmaq istəyi ilə əlaqədardır. Bu isə o deməkdir ki, Paşinyanı indiki vəziyyət qane edir, o, Qarabağ üzrə irəliləyişlərdə maraqlı deyil.

- Ermənistanın Baş naziri "Qarabağ xalqı” haqqında danışmaqdan usanmır. Bəs kim nəzərdə tutulur? Axı Qarabağdan qovulmazdan öncə on minlərlə azərbaycanlı yaşayıb.

- Qarabağın erməni icması barədə danışsaq, azərbaycanlı icmanı da unutmaq olmaz. "Qarabağ xalqı” məfhumunun özü isə dəqiq təyin edilməyib. Bütün bunlar Nikol Paşinyanın aşkar populizmini və ola bilsin, problemi dərindən qavrama qabiliyyətinin olmadığını göstərir.

- ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri zamanı Bakıda Qarabağın azərbaycanlı icması ilə də görüşüblər. Bu da Ermənistanda böyük hiddətə səbəb olub. Belə çıxır ki, Qarabağ azərbaycanlıları həmin torpaqların yerli sakinləri deyil? Onların öz fikirləri yoxdur? Onları eşitmək lazım deyil? Yerevanda hesab edirlər ki, söhbət "Qarabağ xalqı”ndan gedirsə, bu, ermənilərdir və heç cür azərbaycanlılar deyil...

- Siz haqlısınız və yeri gəlmişkən, Rusiyanın bu məsələ üzrə mövqeyi tamamilə dəqiqdir. Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Aydındır ki, kompromis tapmaq çətin olacaq. Lakin buna can atmaq lazımdır. Bu baxımdan Paşinyanın mövqeyi dialoq imkanı ilə ziddiyyət təşkil edir. Bu onu göstərir ki, Paşinyan vəziyyəti yaxşı anlamır və səmərəli dialoq formatında iştiraka hazır deyil.

Yeri gəlmişkən, bu mənada, onun "Azadlıq” radiosuna müsahibəsindən bir hissəni xatırlamaq olar. Paşinyan müsahibəsində təmas xəttində yeni qurbanların ola biləcəyini istisna etməyib. Onun bəyanatlarında vəziyyəti necəsə radikallaşdırmaq cəhdləri görünür, bu da təbii olaraq nizamlanmaya mane törədir.



İmza:

Fransanın Azərbaycanda yeni səfiri təyin olunub

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

“Görəsən, bunlar nə vaxtdan mütəxəssis, hərbi ekspert olublar?” - DEPUTAT ƏSƏBLƏŞDİ

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

Əli Əhmədov: Azərbaycan heç zaman indiki qədər güclü, qüdrətli, əzəmətli və müasir olmayıb

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edildi - RƏSMİ

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

BMT-nin baş katibi: Dindən istifadə edərək ədavət, qorxu və nifrət yayanlara müqavimət göstərməliyik

Ermənistanda əsgər valideynlərinin etirazı: “Orduda özbaşınalıq və xaos tüğyan edir”

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək

Şəhidin dəfni ilə bağlı üç fərqli baxış: Kim haqlıdır?

SON XƏBƏRLƏR
2019-08-26
2019-08-25
2019-08-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK