viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Energetika Nazirliyi tərəfindən ilin I yarısında strateji yol xəritələri üzrə müvafiq işlər görülüb Adalet.az | Energetika Nazirliyi tərəfindən ilin I yarısında strateji yol xəritələri üzrə müvafiq işlər görülüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Energetika Nazirliyi tərəfindən ilin I yarısında strateji yol xəritələri üzrə müvafiq işlər görülüb

9405    |   2019-07-02 16:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu ilin I yarısında Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə işçi qrupunun 2, strateji yol xəritəsinin prioritetləri üzrə alt işçi qruplarının isə 4 iclası keçirilib.

Trend-in məlumatına görə, iclaslarda strateji yol xəritəsinin Tədbirlər Planında 2018-2019-cu illərdə icrası nəzərdə tutulmuş tədbirlər, eləcə də monitorinq və qiymətləndirmə sualları ilə bağlı müzakirələr aparılıb, görülmüş işlər nəzərdən keçirilib, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışına dair təkliflər hazırlanıb.

Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması ilə bağlı beynəlxalq məsləhətçi şirkətlər və yerli mütəxəssislər tərəfindən tədqiqatlar aparılıb və ənənəvi mənbələr üzrə qaz və mazut, alternativ və bərpa olunan enerji mənbələri üzrə isə külək, günəş və bio enerji prioritetlər kimi müəyyənləşdirilib.

İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı strateji yol xəritəsində nəzərdə tutulmuş 420 MVt güc qoyuluşunun təmin olunmasının özəl investisiyalar hesabına həyata keçirilməsi məqsədilə stimullaşdırıcı tariflər, hərraclar və s. ilə bağlı beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə müvafiq qanunvericilik aktlarının layihələri işlənilib.

Əlavə istehsal güclərinin yaradılması tədbiri üzrə ölkənin 2025 və 2030-cu ilədək elektrik enerjisinə olan tələbatı proqnozlaşdırılıb və bu tələbatın ödənilməsi imkanları müəyyən edilib.

Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi üzrə də işlər həyata keçirilib və bu potensialdan istifadənin təmin edilməsi üçün beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə görüləcək işlərin vaxt qrafiki və planı tərtib edilib.
İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi üzrə müvafiq təkliflər hazırlanıb. Bu təkliflər özəl investisiyanın cəlbi üçün hüquqi və tənzimləyici mexanizmin formalaşdırılması, təşviqedici tədbirlərin tətbiqi, dövlət təminatlarının müəyyənləşdirilməsi və bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərin prioritetləşdirilərək hərraca çıxarılmasını nəzərdə tutur.

Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi çərçivəsində həm ötürücü, həm də paylayıcı şəbəkədə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyyələri əsasında səmərəliliyin artırılması üzrə tədbirlər həyata keçirilib.
Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin tətbiq edilməsi üzrə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Almaniyanın VPC şirkəti, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən əsas icra göstəriciləri müəyyən edilib. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması təklif olunub.

Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi üzrə "Elektroenergetika haqqında” qanun layihəsi beynəlxalq ekspertlər cəlb edilməklə yenidən işlənərək razılaşdırılması üçün Nazirlər Kabinetinə təqdim edilib. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsi hazırlanır. Layihəyə dair rəy və təkliflər müvafiq İşçi Qrupu tərəfindən müzakirə edilib.
Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi üzrə qaz sayğacIarına və xətlərinə kənar müdaxilə ilə əlaqədar yaranan itkiIərin hesablanması ilə bağIı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə” qərar layihəsi hazırlanıb. Sənəd razılaşdırılma mərhələsindədir.

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə araşdırmaların həyata keçirilməsi üçün vəsait ayrılıb və hazırda beynəlxalq şirkətin seçilməsi üçün tender prosesi yekunlaşmaq üzrədir.

İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə "İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb və razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib. İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi ilə bağlı isə hazırda Almaniyanın VPC şirkəti tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində istilik qazanxanalarının auditi aparılır.

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən həmçinin "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə görülmüş işlərə dair hesabat hazırlanaq İqtisadiyyat Nazirliyinə təqdim edilib. Tədbirlər Planının "Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” tədbiri üzrə istehsal prosesində enerjidən səmərəli istifadəyə dair beynəlxalq nümunələri əks etdirən çap məhsulları hazırlanaraq "Azərişıq” ASC-nin Tədris Mərkəzinə təqdim edilib.

Hesabat dövründə "Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin icraçısı olduğu tədbirlərlə bağlı işçi qrupunun isə 5 iclası keçirilib. İclaslarda tədbirlərin icra vəziyyəti təhlil edilib, yeni tapşırıqlara müvafiq rəy və təkliflər, monitorinq və qiymətləndirmənin nəticələri, işçi qrupunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə isə Energetika Nazirliyinin əsas icraçısı olduğu "Aqrar sahədə "yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” tədbirinin icrası ilə bağlı Energetika Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə nümunə kimi seçilmiş istixanalardan birinin istilik təchizatında günəş kollektorları, bioqaz və termal su ehtiyatlarının potensialından istifadə etməklə pilot layihənin hazırlanması və həyata keçirilməsi təklif olunub.




İmza:

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

Niderland Bakı-Tbilisi-Qars dəhlizinə qoşulmaqda maraqlıdır

Azərbaycanın ixrac sifarişləri 10 faiz artıb

Mərkəzi Bank hərrac keçirəcək - Məbləğ yüz milyon manat

Avqustun 23-də xarici valyutaların manata qarşı məzənnələri

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

Azərbaycanda gələn ildən aqrar sığorta mexanizmi işə salınacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcəkdə manat istiqrazları buraxa bilər

SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK