ANA SƏHİFƏ / GÜNDƏM

“Binə” və “Sədərək”də vergidən yayınmanın qarşısı alınacaq

2974    |   2019-06-12 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Binə" və "Sədərək" kimi ticarət mərkəzlərində faktiki sahibkarların vergidən yayınma hallarının aradan qaldırılması üçün tədbirlər görülür.

Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı.

"Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb ki, idxal-ixrac sahəsində şəffaflaşma təmin olunsun. Öz növbəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən müvafiq addımlar atılıb".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldur. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın.

"Mallar karqo şirkətləri tərəfindən daşınır. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların adına rəsmiləşdirildiyi üçün növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır".



İmza:

Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib

KAŞ HƏMİŞƏ BELƏ ŞAD XƏBƏRLƏR EŞİDƏK

Əli Əhmədov: "Azərbaycanda təhsillə bağlı problemlər..."

Etibar Əliyev: Mən Şahlar Əsgərovu necə tanıyıram?

Komitə sədri: "Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün..."

Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı

Mübariz Qurbanlı: Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib

Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq

SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK