ANA SƏHİFƏ / SİYASƏT

Baş nazirin müavini: Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib

10007    |   2019-05-06 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın "Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə inkişaf edib, bu gün dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib.

Ə.Həsənov qeyd edib ki, "Fuji Optical” şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və aztəminatlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmənnasız müayinələr aparır:

"1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin dəstəyi ilə humanitar təşkilatlar ölkəmizə gəlməsəydi, Azərbaycanda humanitar böhran olardı. Yaponiya tərəfindən Azərbaycanda çox sayda humanitar layihələr həyata keçirilib. Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib".

Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu da söyləyib.




İmza:

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

Elmar Məmmədyarovla əfqanıstanlı həmkarı arasında telefon söhbəti baş tutub

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

Gürcüstanı həvəsləndirən Ermənistan yolu: Münasibətlər, əlaqələr və insidentlər...

QARABAĞ DEPUTATLARINDAN VAHİD ƏHMƏDOVA ATƏŞİN SALAM!

BƏLKƏ VƏZİROVLA MÜTƏLLİBOVU QAYTARAQ QARABAĞI XİLAS ELƏSİN?!

Adil Əliyev: "Sosial şəbəkələrdə söyüşlə danışanlar məsuliyyətə cəlb olunsunlar"

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır

Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Milli Məclisin gündəliyi dəyişdirilib

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK