bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | Seyid Əzim Şirvani: Köpəyə ehsan Adalet.az | Seyid Əzim Şirvani: Köpəyə ehsan Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Seyid Əzim Şirvani: Köpəyə ehsan

1948    |   2019-04-23 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır
























Var idi Şahsevəndə bir hacı,
Şahsevənlər təmam möhtaci.
Sahibi-dövlət idi çox ol kəs,
Naqəvü kusfəndü çoxlu fərəs.
Vardı Bozlar adında bir köpəyi,
Qoyunun pasibanı, at köməyi.
Əzqəza, bir gün öldü Bozlari,
Oldu haci onun əzadari.
Edibən qüsl, hazır etdi kəfən,
İzzət ilə götürdü çox yerdən.
Qazıb əhli-qübur içində məzar,
Oldu mədfun qəbr-ara Bozlar.
Verdi Bozlara yeddi gün heyrat,
Istədi həqdən ona həsənat.
Hali olmuş bu halə bir molla,
Çəkdi fəryad, qıldı vaveyla.
Dedi: – Va milləta! Nədir bu xəta,
Zaye oldu şəriəti-qərra.
Dindən çıxdı bu güruhi-əvam,
Bərtərəf oldu hörməti-islam.
İt nədir, dəfnü kəfnü qəbristan,
Getdi əldən şəriətü Quran.
Mindi bi at molla, düşdü yola,
Ta gedir məhşər eyləsin bərpa.
Çatmamışdı hənuz o hiylətgər,
Verdilər haciyə bu halı xəbər-
Ki, filan molla qilü qalə gəlir.
Dedi: – Yox, özgə bir xəyalə gəlir.
Sürüdən tez ayırdı əlli qoyun,
Dedi: – Siz bunları yol üstə qoyun.
Özü çıxdı onun qabağinə,
Mollanın keçdi solü sağinə.
Dedi: – Ey naibi-imami-zəman,
Sənə olsun atam-anam qurban!
Öldü Bozlar, ah, sındı belim,
Kaş gözündən bataydı cümlə elim.
Necə Bozlar, o çapükü huşyar,
Pəncədən şirü yelgədən kaftar.
Canavar ondan eylə qorxardı-
Ki, sədasın eşitcək ağlardı.
Hafizi-xeylü pasibani-rəmə.
Gecə-gündüz olan şəbani-rəmə.
Sahibi-dövlət ilə malım idi,
Baisi-sərvətü cəlalım idi.
Çox idi gərdənimdə həqqi mənim,
Dedi: – Olsun hərirdən kəfənim.
Hər vəsiyyət ki, etdi qıldım əməl,
Bir vəsiyyət sizinçün etmiş əzəl.
Söyləyib siz cənabə əlli qoyun,
Demişəm onları yol üstə qoyun.
Qoyun adın eşitdi çün molla,
Dedi: – Əhsən bu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasin.



İmza:

YAZARIN ARXİVİ

2019-06-24 : TUTDƏY QUŞU
2019-06-19 : KAFE MÜDİRİ
2019-06-19 : İkinci anam
2019-06-18 : Alın yazısı
2019-06-14 : GÖYDƏRİLİ LAL
2019-06-12 : Super Analar
2019-06-12 : "BALACA GÜNƏŞ"
2019-06-04 : TÜRK ŞAKASI
SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK