Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakı Nəqliyyat Agentliyi bəzi yollarda sürət həddini aşağı saldı Adalet.az | Bakı Nəqliyyat Agentliyi bəzi yollarda sürət həddini aşağı saldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Bakı Nəqliyyat Agentliyi bəzi yollarda sürət həddini aşağı saldı

17488    |   2019-01-17 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemləri vaxtında aradan qaldırmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir.

Bu barədə Adalet.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əvvəlcədən görülən tədbirlər nəticəsində müntəzəm sərnişindaşıma və yol hərəkətinin təşkili işində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib:

"Səhər saatlarında güclü küləyin təsirindən Hüseyn Cavid prospektində avtobus dayanacaq pavilyonu uçub. Pavilyon yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı baş verməyib. Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb”.

BNA rəsmisinin sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə avtobuslar müəyyən olunan qrafikə uyğun hərəkət edir, avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir:

"Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır. Bu məqsədlə, Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Svetoforların fəaliyyətində problem qeydə alınmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib”.

O eyni zamanda qeyd edib ki, müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib:

"Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub. Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK