Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Tarixin özünə çevrilən şahid - Ziyəddin Sultanov Adalet.az | Tarixin özünə çevrilən şahid - Ziyəddin Sultanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Tarixin özünə çevrilən şahid - Ziyəddin Sultanov

Yazıçı-publisist Ziyəddin Sultanov

8794    |   2018-09-24 17:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə yolum, sözüm Qarabağdan düşəndə onu xatırlayıram. Və hər dəfə də onu xatırlayanda özümdən asılı olmadan gözlərimin qarşısında Xankəndi canlanır. Və bu canlanma məni uşaq kimi əlimdən tutub aparır düz o vaxtkı Vilayət Partiya Komitəsinin yerləşdiyi binanın önünə. Və o binanın qarşısındakı meydançadan baxıram pilləkəndə dayanmış yaraşıqlı, həm də ətrafa bir etinasızlıq, bir saymamazlıq ifadə edən o insana. Düşünə bilərsiniz ki, yəqin bu İNSAN böyük maddi imkanların və yaxud da böyük bir gücün sahibidi. Xeyr, əsla! Bu insan sözün həqiqi mənasında şəxsiyyətdi. Sənətinin, peşəsinin mükəmməl bilicisidi və bir də SÖZün ağasıdı. Ona görə də Dağlıq Qarabağın erməni məmurları onun Xankəndində görünməsindən, burda çalışmasından həm narazıdılar, həm də ehtiyat edirlər. Çünki o, güzəşt etməyi, erməni harınlığını bağışlamağı bacarmır. Və bir də bu İNSAN çalışdığı "Kommunist" qəzetinin bölgə müxbiri olaraq hər bir faktın arxasında, hər bir yazının sonunda özünün qürurunu və faktını ifadə edir. Ona görə də erməni məmurlar, xüsusilə vilayətə rəhbərlik edən Gevorkov onu o qədər də sevmirdi. Bu isə heç onun vecinə də deyildi. Çünki o, jurnalistdi, o, "Kommunist” qəzetinin bölgə müxbiridi və o, sözünün sahibidi!

Bəli, barəsində kiçik bir arayış verdiyim bugünkü həmsöhbətim Əməkdar jurnalist, Prezident təqaüdçüsü, böyük həyat təcrübəsi olan yazıçı-publisist, "Tərəqqi" medallı, Respublika Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Qarabağ bölməsinin sədri Ziyəddin Sultanovdur. Mən Ziyəddin müəllimlə söhbətə başlamamışdan öncə artıq uzun illərdən bəri adət etdiyimiz özümüzə məxsus hal-əhval tutandan sonra onu söhbətə çəkirəm. İstəyirəm ki, sonra mətbuata çıxaracağım bu söhbət onun hazırlaşmadığı, necə deyərlər, özünün xəbəri olmadan yazdığı müsahibə olsun və belə də edirəm. Arın-arxayın bir şəkildə soruşuram:

- Ziyəddin müəllim, siz juranlistikanın, mətbuatın bütün qatlarını, necə deyərlər, bütün incəliklərini kifayət qədər bilirsiniz. Və sizin bildiklərinizi təkcə öyrənməyin özü mənə görə bir məktəb keçməkdir. Bax, təcrübəli bir jurnalist kimi siz bu gün mətbuatımızı necə görürsünüz? Xüsusilə bölgədə işləyən jurnalist kimi mətbuat sizin gözünüzün önündə hansı mənzərəni yaradıb?

- Bilmirəm, bunu hansı məqsədlə soruşursan, amma mən demək istərdim ki, daha doğrusu, mənim gördüyüm budur ki, Həsən bəy Zərdabinin, Haqverdiyevin, Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin bünövrəsini qoyduğu mətbuat bu gün çox dalğalıdı. Yəni elə bil ki, özünə yol axtaran, özünün səmtini müəyyənləşdirmək istəyən dalğadı. Hansı səmtə, hansı sahilə üz tutacağını müəyyənləşdirə bilmir. Buna zamanın hadisələri də öz təsirini göstərir və bu zamandan yararlanıb mətbuata dəxli olmayanların mətbuata gəlməsidi. Ona görə də bizim nəslin, yəni sovet jurnalistikasının şinelindən çıxanların gördükləri, özləri üçün əqidə etdikləri çox məsələlər öz ilkinliyini, əhəmiyyətini itiribdi. Mətbuat güzgü deməkdi. Güzgü ləkə götürmür. Amma təəssüf ki, bu gün nəinki güzgüyə ləkə salırlar, hətta onu çilikləyənlər də olur. Bu da bütövlükdə mətbuata kürəyindən sancılan xəncərdi.

- Onda belə çıxır ki, bu gün bölgələrimizdə mətbuatın durumu o qədər də ürəkaçan deyil.

- Bilirsən Əbülfət, ümumiyyətlə, mətbuat özü bütövlükdə Sovet dönəmindəki gücünü, kəsərini, nüfuzunu çox itirib. Bu da cəmiyyətin dəyişməsi və bu dəyişiklikdən istifadə edib bəzi işbazların mətbuata gəlməsi, özləri üçün mətbuat yaratması ilə bağlıdı. Təsəvvür edin ki, indi mətbuat şəxsi maraqlara xidmət edir. Kimsə hansısa bir məmurdan, hansısa bir iş adamından, nüfuz sahibindən öz məqsədi üçün yararlana bilmirsə, onu qara qələmlə şantaj etməklə mətbuatın "nişangahına" çevirir. Belə olan halda mətbuat da gözdən düşür, elə mətbuatda çalışanlar da. Doğrudur, son illərdə ölkə prezidenti, eləcə də Mətbuat Şurası bununla bağlı xeyli işlər görür. Artıq reket jurnalistika ilə kəskin mübarizə aparılır. Bu da imkan verir ki, əsl mətbuat, əsl mətbuat işçiləri yavaş-yavaş öz mövqelərinə yüksələ bilsinlər. Təsəvvür edin ki, bölgə qəzetləri öz gündəlik olma imkanını itirib. Yalnız mənim çalışdığım bölgədə "Kür" qəzeti kollektivin və ona verilən dəstəyin hesabına qəzetə aid ola biləcək gücü ortaya qoyur. Digər rayon qəzetləri isə mahnılarda deyildiyi kimi, beş gündən, on gündən bir çıxa, ya çıxmaya. Bunun özü də mətbuata olan münasibətə mənfi təsir göstərir, oxucuları mətbuatdan uzaq salan səbəblərdən birinə çevrilir...

- Üzr istəyirəm, mətbuatdan uzaq düşmək fikri mənim nə vaxtdan bəri ürəyimdən keçirdiyim bir sözü yadıma salır. Ona görə də soruşmaq istəyirəm. Sizcə oxucular mətbuatdan niyə üz döndərdilər, niyə uzaq düşdülər? Bunun səbəbi?

- Gəl belə danışaq də. Hər kəs birinci günahı özündə görsə, onda qarşı tərəflə danışmaq, ona həqiqəti çatdırmaq daha asan olardı. Bu mənada birinci mətbuat özü-özünü oxuculardan uzaqlaşdırdı. Yazdığı böhtanlarla, qarayaxmalarla, qeyri-ciddi informasiyalarla, yazılarında həqiqəti unudub haqsızlıq etmək, ədaləti görməyib ədalətsizliyin yanında durmaq və bütün bunların da hamısını tamah məqsədilə, qisas almaq məqsədilə, qələmlə kimisə vurmaq məqsədilə etdiklərinə görə, oxucu da mətbuatdan üz çevirdi. Bununla da müəyyən bir zaman kəsiyində mətbuatla oxucu arasında geniş bir boşluq, uçurum yarandı. Yaxşı ki, əsl peşəkar mətbuat işçiləri, xüsusilə dövlətdən dəstək alan ciddi mətbuat bu boşluğu, bu uçurumu aradan qaldırmağı bacardı. İndi oxucu artıq üzü mətbuata tərəf gəlməkdədi...

- Ziyəddin müəllim, ciddi mətbuat söyləyəndə ağlımdan gəlib keçdi ki, bir məsələyə də münasibətinizi öyrənim. Sizcə mətbuatın rəsmi və qeyri-rəsmi bölgüsü nə qədər doğrudur?

- Əslinə qalsa bu bölgü heç də doğru deyil. Yəni mətbuat əvvəldə dediyim kimi güzgüdü. Mirzə Ələkbər Sabir demişkən, düzü düz, əyrini əyri yazmalı, göstərməlidir. Amma indi bu bölgünün özündə iqtidar-müxalifət anlamı da var. Ona görə də dövlətin mövqeyindən dayanmaq, dövlət qurumlarının təsisçisi, orqanı olan mətbuat iqtidarın müxalif qüvvələri təmsil edən qəzetlər isə müxalifətin mətbuatı sayılır. Bu da müəyyən mənada tələblərin üzərinə məsuliyyət qoyur. İqtidar mətbuatı xalqın, dövlətin mövqeyini təbliğ və təşviq edir, gerçəkləri, reallıqları oxucuya çatdırır, dövlətin siyasətini işıqlandırır. Müxalif mətbuat isə daha çox iqtidarın nöqsanlarından, çatışmazlıqlardan və bir də öz siyasi ampulasından çıxış edir. Bu mənim üçün məqbul sayılmayan bir haldır. Ən azından ona görə ki, iqtidar da, müxalifət də bir ölkənin, bir xalqın təmsilçisidir. Deməli, hər ikisi gerçəyi, reallığı təbliğ və təşviq etsə, onda nəticə də, qarşıya qoyulan məqsəd də kifayət qədər önəmli, həm də faydalı olar.

- Ziyəddin müəllim, bir anlıq keçmişə qayıdaq. Mən hər dəfə ötən günləri, içərisində olduğum mətbuatın keçmişini düşünəndə gözümün önünə çox dəyərli qələm adamları Rəfael Nağıyev, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Əli İldırımoğlu, Möhübbədin Səməd... və digərləri gəlir. Bu jurnalistlər həm şəxsiyyət idilər, həm də sözün sanbalını, çəkisini ortaya qoymağı bacaran mətbuat cəfakeşləri. Bax, siz onlarla bir dövrün mətbuat təmsilçisi olmağa başlamısınız və bölgə müxbiri olmağınıza baxmayaraq, həmin o çəkini özünüzdə ifadə etməyi bacarmısınız...

- Əbülfət, xatırlamalarına görə, müqayisənə görə sağ ol. Amma bir həqiqət var ki, adını saydığın insanlar, xüsusilə Əli İldırımoğlu özü jurnalistikada bir məktəbdi. Bu adamın bölgə müxbirliyi tədris olunmağa, araşdırılıb bugünkü jurnalistlərə təbliğ edilməyə layiq səviyyədədi. Onun bu gün də bölgələrdə adı çəkiləndə, barəsində söz düşəndə hər kəs bir fəxarət hissiylə Əli müəllim haqqında danışır, şəxsiyyətinin bütövlüyünü, sözünün kəsərini vurğulayır. Adətən deyirlər ki, mətbuat dördüncü hakimiyyətdi. Yəni hakimiyyətin həm təbliğiylə, həm də ona nöqsanları, çatışmazlıqları, problemləri çatdırmaqla görülən işi effektli edir, faydalı müstəviyə çıxarır. Sovet dövründə bölgə müxbirləri ayda bir dəfə öz redaksiyalarına gəlir və görülən işlər müzakirə olunur, tapşırıqlar verilirdi. Xüsusilə tənqidi materiallar, felyeton janrı daha çox qabardılırdı. Bu gün isə demək olar ki, tənqidə çox az-az yer verilir. Felyeton isə unudulub. Bölgələrdə, elə paytaxtın özündə də felyeton yazan, ona meyl göstərən bu gün bir kimsə yadıma düşmür. Bunun özü də mətbuata münasibət, onun kəsərliyinin aşağı düşməsi kimi halların formalaşmasında böyük şərtdi.

- Siz şəxsiyyət məsələsini qabartdınız. Soruşmaq istəyirdim: şəxsiyyət və peşə bir-birini tamamlamalıdır, yoxsa... Təbii ki, söhbət jurnalistdən gedir...

- Bilirsən, istənilən sahədə, istənilən vəzifədə çalışmaq mümkündür. Amma istənilən adam, istənilən məmur, istənilən peşə sahibi şəxsiyyət deyil. Yəni şəxsiyyət olmaq üçün insana aid bütün parametrlər adamda formalaşmalıdı. Birinci növbədə qürur, nəfs, savad, əxlaq və bir də böyük dünyagörüşü şəxsiyyəti formalaşdırır. Bu dediyim cizgiləri özündə cəmləyə bilən hər bir insan tutduğu vəzifədən, peşədən asılı olmayaraq, şəxsiyyətdir. O jurnalisti şəxsiyyət sayırlar ki, o, dediyim cizgiləri ilə yanaşı, həm də peşəsini uca, şərəfli tutmağı da bacarır. Şantajdan, nəfsdən, xüsusi olaraq insanlara olan eqoist münasibətlərdən özünü uzaq tuta bilir. Bax, mənim söylədiklərimi Əli İldırımoğlu özündə elə formalaşdırmışdı ki, onun jurnalistikası ilə şəxsiyyəti bütövləşmişdi.

- Xatirələrə qayıtdıq. Siz bölgə müxbirliyini, səhv etmirəmsə, Dağlıq Qarabağdan başladınız. Ona görə də bir yazıçı-publisist olaraq Qarabağ hadisələrinin bütün hüceyrələrini görə bildiniz. Və bədii yaradıcılığınızın yönümünü də dəyişdiniz. Qarabağ gerçəklərini yazdınız...

- Bəli, 1984-cü ilin avqustunda Xankəndində fəaliyyətə başladım. Və məni buraya yola salanda tapşırdılar ki, ehtiyatlı ol. Vilayətin başçısı ipə-sapa yatmayan və bir az da sayqısız, harınlaşmış adamdı. Gəldim və deyilənlərin də şahidi oldum. Hətta o vaxt Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi İsa Məmmədov Xankəndində iclasda çıxış edərkən nöqsanlardan danışdığı məqamda Gevorkovun və vilayətdə kənd təsərrüfatına rəhbərlik edənin necə güldüyünü gözlərimlə görmüşəm. Və hadisələrin də bütün mənzərəsi gözümün önündə baş veribdi.

Ona görə də hərdən o gördüklərimi yazdığıma görə, özümdən daxilən razı qalıram. Amma sonra da düşünürəm ki, Qarabağ gerçəklikləri olan bu kitablar niyə üç yüz, beş yüz tirajla, özü də müəllifin hesabına çap olunmalıdır? Niyə bu tarixi həqiqətlər, yazıçı-publisist qələmilə kitaba çevrilən xronika böyük tirajla yayılmır? Hər məktəbə, hər kitabxanaya gedib çatmır. Axı biz ötən əsrin əvvəllərində baş vermiş qırğınları, faciələri o dövrün yazıçılarının, jurnalistlərinin əsərlərində oxuyuruq. Məsələn, Ordubadinin "Qanlı illər" kitabında olduğu kimi. Elə bilərsiniz ki, mən yalnız öz kitablarımı, öz yazılarımı əsas götürürəm, onların tirajlanmasını istəyirəm. Xeyr, söhbət təkcə məndən getmir. Ümumiyyətlə, Qarabağla, işğal olunmuş torpaqlarla bağlı gerçək faktları əks etdirən, o reallıqları özündə cəmləyən yazılar yüksək səviyyədə çap olunmalı və bütün ölkədə yayılmalıdır. Bizim unutqanlığımız gizlədə bilməyəcəyimiz bir gerçəklikdir. Ona görə də mənim tutaq ki, "Anam dağlarda qaldı" hekayəm Kəlbəcərin Başlıbel kəndində olmuş gerçəkliyi əks etdirir. Bu həm də bir ssenaridi. Onu məktəblərdə sənədli film kimi də göstərmək olar.

Ümumiyyətlə, biz bir şeyi unutmamalıyıq ki, illər keçir, yaşlı nəsil tarixin səhnəsindən çəkilir, bizimlə birlikdə şahidi olduğumuz faktlar da, hadisələr də əbədiyyətə gedir.

Bax, bunu nəzərə alıb biz mənasız, əttökən televiziya verilişlərindən, seriallarından ayrı-ayrı imkanlıların tirajlanan kitablarından qurtulmalıyıq, xilas olmalıyıq.

Bu həm əxlaqımızın məhvinə aparır, həm yaddaşımızın kütləşməsinə şərait yaradır. Ona görə də mən ölkə televiziya kanallarındakı mənzərəni acınacaqlı, biabırçı hesab edirəm.

- Ziyəddin müəllim, sizin toxunduğunuz məsələ hər bir Azərbaycan ziyalısı üçün yaralı nöqtədir. Təəssüf ki, bu gün bir çox normalar dəyişib, bir çox gerçəkliklər görünməz edilibdi. Amma sizin kitablarınızı oxuyan, sizin yaradıcılığınızı izləyən, sizin Qarabağ müharibəsində keçdiyiniz yoldan xəbərdar olan bir oxucunuz kimi, mən tam əminəm ki, istər "Göylərdən gələn gəlin", istər "Güllələnmiş şəhər", istər "Qarabağ müharibəsi: faktlar…hadisələr düşüncələr..." və digər əsərləriniz mütləq yaşadığınız tarixi hadisələrin gerçəyi danışan dili kimi həmişə axtarılacaq. Çünki siz yaşadıqlarınızı həm bu gün üçün, həm də sabah üçün əsərə çevirmisiniz. Özü də böyük hərflərlə yazılacaq...

- Dediklərini hardasa özümə təsəlli kimi qəbul etmirəm. Bilirəm ki, sən də hadisələrin canlı şahidisən və bu ağrını-acını sən də mənim kimi canında-qanında çəkirsən. Amma gəl ikimiz də etiraf edək ki, bu gün biz baş verənlərdən, yaşadıqlarımızdan hələ kifayət qədər nəticə çıxarmamışıq. Hələ də içimizdə laqeydlik və bir də mənəm-mənəmlik qalmaqdadı. Bax, məni ağrıdan budur...

Mən ağsaqqal dostum, dəyərli yazıçı-publisist və Qarabağ müharibəsinin iştirakçısı olan Ziyəddin müəllimlə çox məqamları birlikdə çözdüm, çox qaranlıqlara birlikdə işıq salmağa çalışdıq. Necə deyərlər, söz sözü çəkdi, fikir fikri. Sonda bir daha əmin oldum ki, Ziyəddin Sultanov özü də artıq Qarabağın tarixinə çevrilib. Özü də onu yazan və danışan tarixinə. Bu tarixin sözü-söhbəti isə qurtaran deyil.

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-18
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK