Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Xalid KAZIMLI: yad kadrlar hər şeyi həll edə biləcəkmi? Adalet.az | Xalid KAZIMLI: yad kadrlar hər şeyi həll edə biləcəkmi? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: yad kadrlar hər şeyi həll edə biləcəkmi?

30670    |   2018-05-03 10:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ayın üçüncü dekadasında yüksək vəzifələrə təyinat alan, nazir, komitə sədri olanların sırasında gənc kadrların olması ictimaiyyət tərəfindən əsasən təqdir qazandı. Tənqid də oldu, amma bu, olan şeydir, həmişə olur.

"ASAN Xidmət" kimi parlaq bir layihədə uğurlu menecer kimi ad çıxarıb, ün salmış İnam Kərimovun kənd təsərrüfatı naziri təyin edilməsi daha məmnunluqla qarşılandı.

Bunun əsas səbəbi odur ki, ölkəmiz dünyada həm də aqrar ölkə sayılsa da, aqrar sektoru inkişaf etdirmək üçün bütün resurslara (su ehtiyatları, əlverişli iqlim, bərəkətli torpaq, zəhmətkeş insanlar) malik olsa da, mövcud sahədə vəziyyət, yumşaq desək, bərbaddır.

Ona görə də gözlənilir ki, uğurlu, enerjili, entuziazmı aşıb-daşan, perspektivini düşünən bir gənc kadr bu sahənin başçısı olaraq, vəziyyəti köklü şəkildə dəyişəcək.

Hələlik İnam müəllimə inam böyükdür.

Amma ixtisası etibarilə aqrar sektora bələd olan adam kimi, sözügedən təyinatın bir ayı tamam olmamış bəzi qeydləri etməyi vacib sayıram. Sonra gec ola bilər.

Məşhur bir ifadə var: "Hər şeyi kadrlar həll edir”. Təbii ki, bu, aqrar sektora da aiddir.

Ancaq biz hazırda nəyi müşahidə edirik? Onu ki, KTN-ə rəhbər vəzifəyə gətirilən şəxslər əsasən ASAN Xidmətin işini avand edənlər, bu xidmətdə yüksək vəzifə tutanlardır. Yeni nazir yeni struktura öz hazır komandasıyla gəlməyi vacib hesab edib.

Bu komandada isə kənd təsərrüfatı mütəxəssisləri yoxdur. Demək olar ki, hamısı başqa ixtisaslar üzrə ali təhsil almış şəxslərdir. Aralarında hüquqşünas, iqtisadçı, mühəndis, politoloq və başqa ixtisas sahibləri var.

Onlar çox gənc olmaqla yanaşı, kənd üzü də görməyiblər, şəhərdə doğulub böyüyüblər, kənd adına getdikləri yer uzağı, Qəbələnin, Qubanın, Şamaxının, Lənkəranın yaşıl kəndləri olub.

Məsələyə bir az zarafat prizmasından yanaşsaq, yeni kadrların kələ ilə düyəni, qarğıdalı ilə gəndalaşı, pestisidlə streptosidi ayırd edə bilmədiyini deyə bilərik. Başqa sözlə, bu şəxslər rəhbərlik edəcəkləri sahə haqqında sıfır biliklə işə başlayıblar.

Ümid edək ki, KTN rəhbərliyinə təyinatlar elə bununla da yekunlaşar, sonrakı təyinatlarda aqrar sahə üzrə mütəxəssislər də yer alarlar.

Deyilə bilər ki, nə fərqi var, istənilən ixtisasa malik kadrı istənilən nazirliyin başına gətirmək olar.

Elədir. Nazir postu siyasi vəzifə olduğu üçün istənilən şəxsi istənilən nazirliyin başına gətirmək olar. İsraildə, İtaliyada, Kanadada, Yaponiyada, bir sözlə, inkişaf etmiş ölkələrdə o cürdür.

Məsələn, İsraildə idman naziri işləyən şəxsin sonradan daxili işlər naziri, sonra təhsil naziri, arada səhiyyə naziri, bir müddət xarici işləri naziri, bir dönəm baş nazir, sonra hətta müdafiə naziri postlarında çalışmasına dair xeyli fakt var.

Amma baxaq, görək, o şəxs ixtisasına uyğun olmayan nazirliklərdə çalışdığı vaxt müavinləri, kadrları kim olub? Mütləq bu sahəni bilən adamlar olub.

Avropada bəzən bir qadın siyasətçini ya müdafiə naziri, ya da daxili işlər naziri postuna təyin edirlər. Amma onun birinci müavini heç vaxt mülki şəxs olmur. O, mütləq həmin sahəni beş barmağı kimi bilən bir general olur.

Bu baxımdan əgər KTN-in yeni rəhbərliyi öncəki işlərində olduqları kimi uğurlu olmaq istəyirlərsə, həlledici vəzifələrə müvafiq sahənin cikini-bikini, inkişaf perspektivlərini, mövcud problemlərini bilən kadrları cəlb etməlidirlər.

Yüksək vəzifələrə təyinat zamanı böyük önəm verilən "şəxsi sədaqət” faktoru xeyli dərəcədə ziyanlıdır Son vaxtlar çox eşidirik: "Hər kəsin öz komandasını qurması təbiidir”. Atomu, onu parçalaya bilənə vermək, 200 kq ağırlığı qaldırmağı ağır atletə tapşırmaq lazımdır, burada şəxsi sədaqət prinsipi həlledici rol oynaya bilməz.

Həm də kimsə bir nazirliyə təyinat alırsa, orada özünə saray qurmur, döyüşə girmir ki, hakimiyyəti və şəxsi təhlükəsizliyi daima güvəndə olsun.

Elə sahələr var ki, orada yaxşı bir mütəxəssisin yetişməsi üçün onillər lazım olur. Amma onları bir kənara atmaq on saniyəlik işdir.

Uzun sözün kəsəsi, təki KTN-in yeni rəhbərliyi gözləntiləri lazımınca doğrultsun. Hələlik onlara bir söz deyən, etiraz edən yoxdur. Bu da bir dostyana xəbərdarlıqdır. Nə olar, nə olmaz, nəzərdə olsun.




İmza:musavat.com

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK