deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycanski həyat Adalet.az | Azərbaycanski həyat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Azərbaycanski həyat

Nicat Novruzoğlu

19578    |   2018-02-28 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxudan durdum. Yeni Zellandiyanın yağı ilə "Tri korova”-nın pendirini iranski çayla cütləşdirib səhər qəhvəaltısı edib düzəldim yola. Fransuzski Busa minib yollandım bazara. Avtobusda hərə bir dildə danışır. Yarı ruski, yarı talışski, yarı qruzinski. Xülasə, çatdım bazara. Bazar nə bazar. Can dərmanı da var, quş iliyi də.

Qruzinski qoyun ətin, ukraynski mal ətin və toyuq ətin alıb keçdim tərəvəzə. Sağ olsun qonşular. Bizi ac qoymurlar. Türeçiski xiyar ilə iranski pomidoru da əlavə etdim möhtəşəm zənbilimə.

Rasiyiski kartof gəl-gəl deyirdi. 5 kilo da ondan alıb keçdim soğana. Sağ olsun Türkiyə. Soğan deyil ey, şikildi-şikil.

Qruzinski alma da pis deyil, göz oxşayır. Limon iranskdir. Portağal, naringi türeçiski. Ananas nə bilim haralinski.

Zənbil deyil ey, beynəlxalq aləmdi. Hörüyü iranski, tikilişi türeçiski.

Bu iskilərin içində davam edir qarın bazarlıq.

Nardı, armuddu dedilər, onlar da iranski.

Kivi suptropikiski.

Banan afrikanski.

Bütün dünyanı yığıb gətirdim evə.

Bu boyda dünyanı yemək olar?!

Mədə başladı italyanski musiqi çalmağa.

Özümü verdim marketiskiyə. Bir Yesuntiki aldım o da rosiyiski. Xeyri olmadı. Xeyri olsaydı bizdə nə işi var idi. Elə burda içib sağalardıq. Day Jeleznavodskiyə, Kislovodskiyə, Yesuntikiyə nəyə gedirdik.

Yollandım həkimə. Klinika türeçiski, almanski, iranski...

Həkimin özünün təhsili də yevropeyski. Aparatları kitayski.

Yazdı bir kağız dərman. Dərmanlar bolqarski, fransuzski, italyanski, ispanski, macarski, polski, portuqaliski, slovenski, yunanski.

Gəldim işə. Kompüter kitayski, klaviaturası latınski.

Bir yazı yazdım əndrəbadinski.

Di salamat qalın - deyb yollandım pivnoya. Saçaq pendir hollandski, yanında noxud iranski, böyründə pivə almanski.

Bir az dəmləşib gəldim evə. Televizor kitayski. İçərisində kino göstərirlər - ruski. Tərcümə də kitayski...

Qaz qurtardı. Söndü kombi italyanski.

Zəng gəldi. Telefon kitayski.

Corabın ucu yenə cırılıb. O da türeçiski.

Dünya başıma fırlanır. Yatdım...

Ayıldım. Yenə həmən həyat - azərbaycanski.





İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK