ANA SƏHİFƏ / YAZARLAR

Şairin ölülərinə söyən qadın...

47780    |   2018-02-16 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gülarə xala pəncərəni açıb üzbəüz qonşusuna səslənir:

- Ay qııız, Firəngiiiiz!

Səhərin gözü indi açılıb, hələ indi-indi səma üzünü narın yağışla yumağa başlayıb. Gülarə xala da məhəllənin ən yaxşı xəbər agentidir.

- Ay qız, sənnənəm eee, Firaaa!

Nəhayət ki, Firəngiz pəncərədə görünür.

- Nolub, aaz, səhərin gözü açılmamış nə xəbərdi.

- Xəbərin yoxdur? Bir gənc şair Quranı cırıb, özü də deyir, oturub gözləyirəm ki, nə vaxt meymuna dönəcəm, nə vaxt ev başıma uçacaq.

- Nə? Külümü qoyum onun şair başına! Ciyəri yansın onun!

- Həə, ay qız, qiyamət yaxınlaşır e. Ta dünya dağılmasın, neyləsin?!

Firəngiz əl-üzünü yumamış dükana çörək almağa düşür. Məhəllədəki dükanı da Qəzənfər kişi ilə Sara xala işlədir. Onların nisyə dəftərində borclarını qaytaracaqlarına Qurana and içən o qədər adam var, Qəzənfər Allaha yalvarsa ki, "İlahi, filankəsin, filankəsin ürəyinə insaf sal, gətirib borcumu qaytarsın”, hövsələsi çatmayıb havalanar.

Firəngiz eşitdiyi xəbəri təngənəfəs onlara deyir:

- Yarım kolbasa çək, dörd dənə yumurta, iki dənə də çörək. Qonşu, eşitməmisiz ki, gənc şairin biri Quranı cırıb, oturub gözləyir ki, ya meymuna dönəcək, ya da ev başına uçacaq?

Qəzənfər kolbasaya əlini basıb o biri əlindəki bıçağı göstərib deyir:

- Fira, bu tam haqqı, əlimdəki bıçağı görürsən, o meymunoğlu meymunun qarnından salıb boğazından çıxararam. Qudurublar e, Allaha asi çıxırlar.

Yan təırəfdən arvadı Sara dillənir:

- A kişi, Allah elələrinin cəzasını verəcək, sənə lazımdı ki, əlini belə adamların qanına bulayasan?!

Fira çıxaçıxda üzünü yazıq ifadəylə örtüb deyir:

- Qonşu, yaz dəftərə, ərim Fariz gəlsin, verəcək.

Qəzənfər:

- Ay qonşu, vallah, mən də adamam, mən də ailə dolandırıram. O biri borcunu ödəmiş nisyə yazdırırsan, olmaz e belə.

Fira:

- Qəzənfər, sən də mənim qardaşım, Quran haqqı, ərim gəlsin, bu gün maaş almalıdır, borcumuzu ödəyər.

Fira dükandan çıxanda qapıda qonşusu Səmayə arvadla rastlaşanda o məlum xəbəri ona da çatdırır. Səmayə də bir ağız şairin ölülərinə söyür. Sonra Səmayə qonşusu Əhmədə, Əhməd Musaya, Musa Məhəmmədə, Məhəmməd Əliyə, belə-belə bu söyüş zənciri uzanır, ta ki, bütün "Ərəbzəngi” qəsəbəsi bu xəbəri bilənə kimi.

Qəsəbənin ən tanınmış sakini Eldar taksi sürücüsüdür. Ona görə tanınmışdır ki, maşınına gündə ən azı 10 nəfər minir. Amma bugün süftə eləməyib deyə qanı qaradır. Maşının yanında deyinə-deyinə siqaret çəkir. Qəfil ona yaxınlaşan taksi yoldaşı Valeh deyir:

- Yeldar, bu nə məsələdi e, hamı söyə-söyə danışır ki, bir şair Quranı cırıb. İndi də oturub gözləyir ki, ya meymuna dönəcək, ya da evi başına uçacaq. Eşitməmisən?

Eldarın boğazında düyünlənən tüstü onu öskürdür.

- Valeh, nə danışırsan? Kim deyir bunu?

- Ala, hamı danışır e. Yatmısan fil qulağında.

- Ala, onun... Quranı cırmaq nədi, a kişi? Allah cəzasını verəcək onun. Meymunoğlu meymun.

- Yeldar, Quran haqqı, elə adamlara heç zad olmur. Elə belələri yaşayır da. Biz də burda durub müştəri gözləyirik.

Aha, deyəsən, bir nəfər taksi axatarır. Eldarla Valehin gözünə işıq gəlib. İkisi də içlərində "Ay Allah, bu gələn mənim maşına minəydi” deyib həyəcanlanırlar. Müştəri çathaçatda:

- Qardaş, Lökbatana getməliyəm. Neçəyə apararsız?

Valeh: - 15 manata.

Müştəri: - Yox e, bahadı.

- Yaxşı, səninçün 14 manata.

- Qardaş, yenə bahadı e, 1 manatla iş düzəlmir.

- Yaxşı, olsun 13 manat.

- Olmadı ki. Üstümdə cəmi 12 manat pul var.

- Yox, mən aparmıram, sərf eləmir.

Eldar vəziyyəti görüb cəld tərpənir:

- Qardaş, gəl, otur, 11 manat verərsən, süftə səndən, bərəkət Allahdan.

Beləcə Eldar da maşınına minən bütün müştərilərini Quranı cıran şairdən xəbərdar eləyir.

Axşam düşür. Məhəllənin sonuncu köçəri sakini Alkaş Rasim araq aldırmaq üçün adam ovuna çıxır. Gödəkçəsinin papağını başına taxmış, başını aşağı salıb həyəcanla evinə gedən bir nəfəri qolundan tutub saxlayır. Adam diksinib qışqırır:

- Ay qardaş, nədi? Mən Quranı cırmamışam! Niyə məni heç kim başa düşmür?!

- Ala, məllim, nə Quran, kefsən eee, mənə iki manat pul laazımdı. Özzüm ölüm başım partlayır, "paxmel”dən çıxa bilmirəm.

Rasimin bu sözündən sonra adamın rəngi özünə qayıdır.

- Hə, sən bilmirsən? Yaxşı. Əgər bir sualıma cavab versən sənə iki manat yox, beş manat verəcəm. Razısan?

- Pay atonnan, viktorina zaddı, məllim?

- Həə? Yaxşı, onda mən getdim.

- Ala, məllim, dayan. Yaxşı, sualını ver.

- Allaha inanırsan?

- Həri.

- Qurana?

- Həri.

- Bax, təsəvvür elə, bir şair, Quranı cırmayıb. Amma yazır ki, Quranı cırmışam. Səncə düzdü, ya səhv?

- Məllim, sən də sual tapdun da verməyə. Quranı cırmayıbsa nə yaxşı. Cırıbsa da bəlkə səhv edib? Belə də ki, cırıbsa da cırıb da. Ala, beş ildi gəlib gedirəm bu məhəlləyə. Beş ildi, heç kimə sübut edəmmirəm ki, Məhərrəmlikdə araq içmirəm. Sən də başlamısan ki, Quran belə gəldi, şair belə getdi. Sən Allah, iki manatımı ver, gedim. Quran haqqı, ölləm...



İmza:Emin Akif

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK