ANA SƏHİFƏ / YAZARLAR

Whatsapp ailənizə girərsə...

Emin Akif

32397    |   2018-02-06 14:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kərim votsapda arvadına yazır:

- Dur, dodaqların rəngində arvad çayı gətir, ağzımın dadı dəyişsin.

Arvadı Gülnarənin başı rəfiqələrilə söhbətə qarışır, ərinin mesajını açmır. Beş dəqiqədən sonra kişi dözməyib arvadına səslənir:

- Ay qız, votsapa bax, saymırsan məni?

Gülnarə ərinə "okey, canım" yazıb qızının adını axtarır. Qızı Nigar isə feysbukda canlı yayım açıb kirimişcə telefonun ekranına baxır. Üç dəqiqənin içində videonun altında qız üstündə bir-birinə nömrə atıb söhbətə çağıran kim, "nece de qesexsen” yazıb girişən kim. Hələ yetmiş yaşlı kişinin "niya susursan o bal dodaqlarini terpet” yazmağı bir yana qalsın, bu qızın susmağına baxan boş-bekar yüzdən çox adamın özünə əl qatmağı da ayrı dərddir.

Gülnarə qızına yazır:

- O canlı yayımı dayandır, oğlanlarla az yazış, min dəfə demişəm ki, görüşməyəcəksənsə heç kimə ümid vermə. Adın çıxacaq. Atanı bloka atmısan, bir gün görsə halın yaxşı olmayacaq.

Nigar o birisi telefonu ilə anasına yazır:

- Eee, mama, başlama da.

Anası Gülnarə yazır:

- Zəhər mama, çor mama. Universitetə girmisən, amma qiymətlərini pulla alırıq. Bilirəm, ağız büzürsən orda, ağzını cıraram, buna bax, qudurmuş. Atan çay istəyir, dur, çay gətir.

Nigar bacı Səbinəyə yazır:

- Bacı, niyə elə səni tərifləyirlər, eynəklərin qırılsın, indi sən prezident təqaüdü alırsan deyə mən söyülməliyəm? O kitabı qoy, əlindən yerə. Mən canlı yayımdayam, kəsə bilmərəm. Dur, ataya çay apar.

Səbinə dərsini yarımçıq saxlayıb gedir mətbəxə, aləmi vurur biri-birinə. Ev camaatı qaçır mətbəxə, görür ki, stəkan-nəlbəki qırılıb, çaydan yerə aşıb. Kor-peşman hamı öz yerinə qayıdır.

Kərim arvadına yazır:

- Mən sənin çayını içmək istəyirdim. Lazım olsaydı, elə qızlara yazardım da.

Cavab gəlmir...

Gülnarə qızı Nigara yazır:

- Mən atana çay süzməyi sənə dedim, demədim ki, çayı Səbinə süzsün, ay həyasız.

Cavab gəlmir...

Nigar bacısı Səbinəyə yazır:

- Aaz, sən necə qızsan ki, bir çayı da süzə bilmirsən? Kitab oxuduğun qədər biraz da ev işlərini öyrən də.

Cavab gəlmir...

Kərim vəziyyəti görüb kor-peşman, boğazı quruya-quruya hamını bloka atıb Nataşaya yazır:

- Cavabsız suallar içindəyəm, Nataşa. Çayın altını isit, gəlirəm yanına, "Maya lyubov”.




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK