ANA SƏHİFƏ / MÜSAHİBƏ

Elçibəy - "Heydər Əliyev gəlsə, qurban da kəsərəm" - deyib

35451    |   2018-02-02 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünənki sayımızda Adalet.az olaraq Tağı Əhmədovun sözə, ədəbiyyata münasibətini sizə təqdim etmişdik. Bu gün isə biz hörmətli Tağı müəllimin siyasi baxışlarını sizə təqdim edirik.

- Tağı müəllim, biz sizi həm də siyasi xadim kimi tanıyırıq. Bəs, siz özünüzü hansı Tağı Əhmədov kimi rahat hiss edirsiniz?

- Əgər dövlətimizin daha da yüksəlməsi, xalqımızın maddi rifahının artması uğrunda görülən nə iç varsa, atılan nə addım varsa, bilin ki, orada mən varam. Mənim yeganə devizim, arzum Qarabağı alandan sonra oradakı kəndlərdən, rayonlardan birinin abadlaşdırılmasında öz əməyimi qoymaqdır. İndi sizinlə oturduğumuz bu binanı üç aya tikmişəm. Yəni bir inşaatçı kimi peşəkaram. Memarlıq və İnşaat Universitetində kafedra müdirinin müaviniyəm. Nəqliyyat sahəsində və Metropolitendə uzun illər inşaatçı kimi işləmişəm.

- Ulu öndərimiz yaddaşınızda necə yaşayır?

- Xatirələrimin kitabını vərəqləməyə başlayırsan, cavan oğlan… İndiki kimi yadımdadır, Moskvaya kurs keçməyə getmişdim. Bizə dərs deyən bir müəllim vardı, özü də hərbiçi polkovnik idi. O danışırdı ki, iştirakçısı olduğu tədbirdə məşhur Çazov da iştirak edirdi. Həmin tədbirdə bizim Ulu öndərimiz Heydər Əliyev də çıxış etməli idi. Zalda dərin bir səssizlik hökm sürürdü. Təsəvvür edin, Heydər Əliyev tibb haqqında danışacaqdı... Hamı heyrətlə dinləyirdi. Bu böyük insane öz sözünü bitirəndə bütün zalı alqışlar bürüdü. Hətta,Çazov ayağa qalxıb dedi ki, bugün mən mən sanki böyük bir elmin açarını qazandım.

Bəli, bax bizim Ulu öndərimiz hər şeyi belə mükəmməl bilirdi. Ona görə də, onunla danışmaq çətindir, onu dinləmək məktəb keçmək idi. Çünki o, bütün sahələrdən məlumatlı idi. Heydər Əliyev fenomen idi və fenomen olaraq da qalır. Təəssüf ki, xalqımızı sevməyənlər, Ulu öndərimizin dahiliyini qəbul etməyənlər 70 il tariximizi saxtalaşdırdılar. Kirovun heykəlin gətirib qoymuşdular şəhərin mərkəzi parkında və oranı Kirov parkı adlandırmışdılar. Amma baxmayaraq ki, orada 1918ci ildə Çənbərəkənd qəbirstanlığı idi. Hətta, İsmaliyyə binasında yaşayan insanları yandırıb orada dəfn eləmişdilər. Bu bizim tariximizə böyük hörmətsizlik idi. 

Mən Bakıya gələndən sonra burada həm də böyük həyat məktəbi keçdim. O məktəbin də müəllimi Ulu öndərimiz idi və indinin özündə də bu insanın adı ilə öyünürəm. Onun rəhbərliyi altında işlədiyim illəri ömrümün ən gözəl dövrü sayıram, həm də qürur duyuram ki, onun layiqli varisinin də mənəı ehtimadı olub və mən cənab prezidentimiz İlham Əliyevin də kadrı olmuşam. 


- Dediniz ki, tariximizi saxtalaşdırmışdılar. Bu mənada, mərhum Əbülfəz Elçibəylə bağlı fikirlər də birmənalı deyil. Siz bu barədə nə deyə bilərsiniz?

- Bu bir gerçəklikdir ki, Əbulfəz Elçibəyin dövründə Ulu öndərin hakimiyyətə dəvət olunması ilə bağlı xalqın tələblkəri səslənirdi.Həmin vaxt, İmam Mustafayev Əbülfəz Elçibəyə dedi ki, Heydər Əliyevi xalq istəyir, onu da sən dəvət eləməlisən. O dedi, mən Heydər Əliyevi dəvət də eləyirəm, onun qabağında qurban da kəsirəm. Təəssüf ki bu müdrik sözləri bəzən biz yaddan çıxardırıq və Əbülfəz Elçibəyi salırıq tarixin başqa bir vərəqinə. Düzdür, Əbülfəz Elçibəy hakimiyyətə gəldi, gəlib bir Yusif Sərrac rolunu oynadı. Hakimiyyəti idarə edə bilmədi, onun əvəzinə hakimiyyəti idarə etdilər. Bu çox pis hal idi. Ölkədə hadisələr nəzarətdən çıxmışdı. Hətta, vətəndaş müharibəsi başımızın üstünü almışdı. Xatırlayırsınızsa, Gəncə şəhərində qardaş qırğını başlamışdı. Həmin o günlərdə Nemət Pənahlı Heydər Əliyevə zəng edib bildirir ki, Gəncədə qardaş qırğını başlayıb.Heydər Əliyev Əbülfəz Elçibəyə zəng etdi və bildirdi ki, bu qırğının məsuliyyəti prezident kimi onun üstünə qalacaq. Ona görə dərhal tədbir görməlidir ki, qırğının qarşısı alınsın. Çox təəssüf ki, Elçibəyin cavabı bu gün də məndə acı təbəssüm doğurur. Təsəvvür edin ki, ölkə prezidenti telefonda Heydər Əliyevə bildirir ki, mənim baş verənlərdən xəbərim yoxdur. Heydər Əliyeb qətiyyətli şəkildə vurğulayır ki, yaxşı, əgər xəbərin yoxdursa orda niyə oturmusan? Doğurdan da İsa Qəmbərlə Pənah Hüseynov birbaşa, gizli sürətdə qoşunu göndərirlər ki, gedin, Gəncədə nə qədər adam qırırsınız, qırın, amma Sürət Hüseynovu tutun, gətirin. Həmin dövrdə Sülhəddin Əkbər, İxtiyar Şirinov və bir çox başqaları getdi Gəncəyə. Bu həmin dövrdü ki, İxtiyar Şirinov Əbülfəz Elçibəyin həbsihaqqında sanksiya verdi. Axı qayda var, qanun var. Prezidenti ancaq xalq seçib və onu da xalq çıxarda bilər. Ondan sonra hər hansı cinayəti varsa ona sanksiya verilə bilər. Amma prezident kürsüsündə otura-otura sən ona Baş prokuror olsan belə həbsinə sanksiya verə bilməzsən. Bax, biz belə bir ağır zamanı da yaşamışıq. Bunu danmaq mükün deyil.

- Bilirik ki, Surət Hüseynovun çevriliş cəhdi baş tutmadı.

- Bəli... 1994-cü ildə Surət Hüseynov çevrilişə başlayanda onun qarşısını Heydər Əliyev aldı. Sonra, yəni 1995-ci ilin martında Rövşən Cavadovun atası Bəxtiyar Cavadova müraciət elədi ki, biz müstəqilliyimizi itirməməliyik, bir olmalıyıq. Amma onlar mafia idilər. Mafia da ya qalib gəlməlidir, ya da məhv olmalıdır. Ona görə də hər yerdə Heydər Əliyevin heykəli qoyulmalıdır. Heydər Əliyevin Klivlentdən yazdığı məktubunda xalq belə müraciət etmişdi: "Əgər siz İlham Əliyevi prezident seçsəniz o mənim bütün strateji xətlərimi davat etdirəcək və hər bir azərbaycanlının prezidenti olacaq”. Artıq o tarixdən on beşinci il keçib ki, İlham Əliyev prezidentdir. Hansı yaşayış tərzində geri qalırıq? Bütün regionlarda da, Bakıda da abadlaşdırma gedir. Yaşayış tərzimiz, normal, günü gündən Azərbaycanın tanınmağı normal, hər gün, hər saat Azərbaycanda yenilik var, bəs biz nəyi istəyirik, bilmirik. Ancaq indi beş - altı müxalifətçi var, prezidentimiz dediyi kimi, onların sadəcə adı müxalifətdir.

- Tağı müəllim, müxalifətçilərdən YAP-a keçmək üçün Sizə müraciət edənlər olur?

- Bəli, bu günlərdə biri yanıma gəlmişdi, Lerikdəndir, deyir, mən partiyaya keçmək istəyirəm. Deyirəm ki, çox gözəl, amma siz Yasamal rayonunda qeydiyyatda deyilsiniz. Deyir, mən Əli Kərimlinin nümayəndəsiyəm, ona nifrət edirəm, dalaşıb çıxıb gəlmişəm bura. Soruşuram ki, niyə? Deyir, atdığı addımlar səhv addımlardır. Hamımız soruşuruq ki, bu dövlətdə nəyi bəyənmirsiniz? Hansı quruluşda yaşayırıq? Bazar iqtisadiyyatıdır, təbii ki bugünkü təbəqələşməni tələb edir. Bunun varlısı olmalıdır, orta təbəqəsi olmalıdır, yoxsul təbəqəsi olmalıdır. Bu gün bu Amerikada da belədir, Avropada da… Məgər, Fransa da körpülərin altında yatan bomjları görmürük? Görürük. Amma bizdə şişirtmələr var. O yerdə ki, dövlət müzakirə olunur, dövlət atributları var, orada müxalifət olmamalıdır. Orada birlik olmalıdır.

- Məlum olduğu kimi bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək.


- Doğrudur, artıq bizim partiyamız öz namizədinin adını da açıqlayıb. Və o da bəllidir ki, Azərbaycan xalıq öz seçimini edib. İlham Əliyev bütün rəqiblərindən üstündür. Siyasi gedişinə, intelektual səviyyəsinə, eləcə də diplomatik bilgisinə görə İlham Əliyev xalqın seçdiyi prezidentdir. Bu, bizim xoşbəxtliyimizdir. İnanıram ki, 2018-ci ildə İlham Əliyevi yenidən prezident kursüsündə görəcəyik. Özü də bu dəfə artıq yeni qanunla 5 il yox, 7 il müddətinə Azərbaycanımızı idarə edəcək və onu daha böyük uğurlara aparacaq. Azərbaycan xalqının seçimində yanılmadığına bütün dünya bir daha şahid olacaq.


Emin AKİF
Nicat NOVRUZOĞLU


İmza:

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK