Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb Adalet.az | Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisi bir ildə 9375 sərxoş sürücü saxlayıb

16748    |   2018-01-29 14:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"2017-ci ildə nəqliyyat vasitəsinin sərxoş halda idarə edən 9375 sərxoş sürücü aşkarlanıb”.

Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, hər sərxoş halda saxlanılan sürücünün sürücülük hüququ məhdudlaşdırılmır.

"Sərxoş olan sürücülərdən bəziləri sadəcə cərimə olunur, bəzilərinin isə sürücülük hüququ məhdudlaşdırılır. Ötən il ərzində 11000 sürücünün sürücülük hüququ müxtəlif müddətdə məhdudlaşdırılıb. Bunların içərisində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edənlər də var”.


Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Məcəllənin 333.2-ci maddəsinə əsasən isə bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 500 manatadək cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 günədək inzibati həbs verilir.




İmza:
SON XƏBƏRLƏR
2019-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK