nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Dayanma-durma qaydalarını pozanların ödədiyi cərimə - 10 milyona çatdı Adalet.az | Dayanma-durma qaydalarını pozanların ödədiyi cərimə - 10 milyona çatdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Dayanma-durma qaydalarını pozanların ödədiyi cərimə - 10 milyona çatdı

22204    |   2018-01-10 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda 2016-cı ildə evakuasiya edilən avtomobillərə görə büdcəyə ödənilən vəsaitin azlığı barədə aparılan müzakirələr tam dəqiqləşdirilməmiş məlumatlara əsaslanır. Belə ki, bazar ertəsi günü Lider TV-nin "Status” verilişində həmin il evakuatorlar tərəfindən daşınan avtomobillərə görə büdcəyə 42 min manatın ödənilməsi barədə fikirlər səslənsə də, məsələyə aydınlıq gətirilməyib. Bununla bağlı Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 42 min manat məsələsi əslində, Azərbaycan Respublikası Hesablama Palatısının 2016-cı ildə fəaliyyəti haqqında hesabatında göstərilsə də, 2015-ci ilə aid rəqəmdir. 2016-cı ildə evakuatorlara görə ödənilən məbləğ isə daha az olub. Belə ki, məbləğin ilbəil azalması DYP-yə məxsus 8 ədəd evakuatorun uzun müddət istismarda olmaları səbəbindən tez-tez təmirə dayandıqlarına görə digər daşıyıcı şirkətlərlə müqavilə əsasında bu xidmət həyata keçirilib.

Aydın məsələdir ki, gün ərzində təxliyyə xidmətini həyata keçirən DYP-nin 2-3 evakuatorunun daşıdığı avtomobillərin sayı il ərzində 2000-dən çox ola bilməz. Məhz bu səbəbdən istismar olunan evakuatorların sayı azaldıqca büdcəyə ödənilən məbləğ də uyğun olaraq azalmağa doğru gedir. Məsələn, evakuasiya xidmətlərinə görə 2012-ci ildə büdcəyə ödənilən məbləğ 69 min 200 manat olubsa, 2013-cü ildə bu məbləğ 61 min 900 manat təşkil edib. Lakin onu da nəzərə almaq lazımdır ki, qeyd olunan müddət ərzində daşımalar daha çox müqavilə əsasında xidmət göstərən özəl şirkətlər tərəfindən həyata keçirilib. Əlbəttə ki, şirkət qazandığı pulların hamısını dövlətə ödəyəsi deyildi. Çünki adı üstündədir – özəl şirkətdir. Bu xidmətin nəqliyyat xərcləri, sürücülərin əmək haqları, onların vurduğu zərərə görə kompensasiyalar və nəzərdə tutulmayan digər maliyyə xərcləri də həmin şirkətlər tərəfindən ödənilir. Şirkətlər öz qazanclarından dövlətə yalnız qazandıqları gəlirin müəyyən hissəsini vergi şəklində ödədikləri üçün hesabatda bu rəqəmlər öz əksini tapmır.

Araşdırma zamanı onu da müəyyən etdik ki, dayanma-durma qaydalarının pozulmasına görə 2016-ci ildə yığılan cərimələrin məbləği 8 milyon manatdan artıq olub, 2017-ci ildə isə bu rəqəm 10 milyon manat təşkil edib.





İmza:

Avtomobillər üçün kredit şərtləri asanlaşdırılsın - TƏKLİF

Dövlət Yol Polisi uzaq məsafəyə gedən sürücülərə xəbərdarlıq etdi

Dünyanın ən bahalı avtomobilləri - 19 MİLYON DOLLAR

Ağdaşda 2 avtomobil yolu yenidən qurulub

Tovuzda 51 kilometrlik yolun tikintisi yekunlaşır

Yol polisi avtomobilini saz vəziyyətdə saxlamayan sürücülərə növbəti xəbərdarlıq etdi

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır - SƏBƏB?

DYP-dən ÇƏKƏLƏK xəbərdarlığı

“Honda” 95 minə yaxın avtomobili geri çağırdı - Təhlükəsizlik yastıqlarına görə

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

BDYPİ yol-patrul xidməti avtomobilinin maketinin tətbiqi ilə bağlı məlumat yayıb

Bəzi maşınların Bakıya girişi məhdudlaşdırılacaq

SON XƏBƏRLƏR
2020-02-26
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK