ANA SƏHİFƏ / AVTOMOBİL

Gəncə Avtomobil Zavodunun hesabat yığıncağı keçirildi

17585    |   2017-12-25 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin ilin yekununa dair hesabat yığıncağı keçirilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Gennadi Axramoviç və zavod işçiləri iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq 2017-ci ildə zavodun fəaliyyətinin ürəkaçan olduğunu söyləyib. Prezident İlham Əliyevin 10 noyabr tarixində Nizami yurduna olan səfərindən danışan Elmar Vəliyev bildirib ki, daimi inkişaf edən Gəncədə 2018-ci ildə də uşaq bağçaları, "Gəncəçay” park-bulvar kompleksinin sağ sahili, "Süni Mərmər və Qranit İstehsalı” ilə yanaşı "Kərpic” zavodu və başqa obyektlər tikilib, istifadəyə veriləcək.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, Azərbaycanın Çexiyadakı səfirliyində Gəncə Avtomobil Zavodu və Çexiyanın "Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb. Qeyd edib ki, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ "Tatra” yük maşınlarının yığımına başlanılacaq. Gələn ildən Türkiyədə Gəncə Avtomobil Zavodunun nümayəndiliyi açılacaq. Zavodun Gürcüstanda da nümayəndəliyi olduğunu bildirən millət vəkili xüsusi vurğulayıb ki, burada yığılan avtomobillər xarici ölkələrə ixrac ediləcək.

Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri GennadiAxramoviçGəncə Avtomobil Zavodu ilə əməkdaşlığın ilbəil gücləndiyini bildirib. Gəncə Avtomobil Zavodunda yığılan avtomobillər sayəsində ölkələrin iqtisadiyyatının bundan sonra da inkişaf edəcəyini deyən GennadiAxramoviçqeyd edib ki, 2018-ci ildə zavodun fəaliyyətində daha çox yeniliklər olacağına inanır.

Sonra Belarusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri GennadiAxramoviçəGəncə - Qomel şəhərləri arasında qardaşlıq münasibətlərini inkişaf etdirilməsinə vəGəncə Avtomobil Zavodunun fəaliyyətinin genişləndirilməsinə verdiyi töhvəyə görəGəncə Şəhər İcra Hakimiyyəti başçısının "Sertifikatı" təqdim olunub.

Sonda zavod işçilərinə Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ları təqdim edilib və xatirə şəkil çəkdirilib.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK