warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Prezidentdən xalqa müjdə: Gələn il maaş və pensiyalar artacaq Adalet.az | Prezidentdən xalqa müjdə: Gələn il maaş və pensiyalar artacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Prezidentdən xalqa müjdə: Gələn il maaş və pensiyalar artacaq

11104    |   2017-10-02 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyev bu gün Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib.

Prezidentin ölkədə iki ildir yaşanan iqtisadi geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.

Belə ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin layihəsi artıq parlamentə təqdim olunub. Layihədə büdcənin xərclər və gəlirlər hissəsinin 4 milyard manatdan çox artımı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, sərt qənaət tədbirlərinin ardınca gələn il dövlət investisiya xərcləri yenidən ciddi ölçüdə artacaq, nəticədə iqtisadiyyatda canlanma yaranacaq. Büdcə layihəsinin detalları məlum deyil, ancaq gözlənilir ki, xüsusən tikinti sektoruna, infrastruktur layihələrinə investisiyaların artırılması orada əksini tapacaq.

Digər tərəfdən neftin hazırkı qiymətləri də gələn il üçün iqtisadi inkişaf perspektivləri barədə optimist qənaətə əsas verir. Xeyli müddətdir ki, neftin bareli 50 dollardan yuxarı satılır, proqnozlara görə bazarda sabitlik davam edəcək, kəskin ucuzlaşma baş verməyəcək. Bu səbəbdən Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsini nəzərdə tutub. Hazırkı büdcə qiyməti 40 dollardır.

Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımı qarantiyalayır. Digər tərəfdən manatın kursu əsasən sabitdir, tədiyyə balansı müsbətdir, ölkənin valyuta ehtiyatlarında artım var və beləliklə də ortamüddətli perspektivlər üçün Azərbaycanın makroiqtisadi göstəricilərinin sabitliyi təmin edilmiş sayıla bilər.

Məlum olduğu kimi manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra əhalinin real gəlirlərində azalma baş vermişdi və bu qaçılmaz idi. Hökumət makroiqtisadi göstəriciləri sabitləşdirmək üçün sərt qənaət metodunu seçdi və büdcədən maliyyələşən təşkilatlarda maaşların, o cümlədən sosial ödəmələrin artımına getmədi. Bu "kəmərsıxma” siyasətinin alternativi həmin şərtlərdə mövcud deyildi. Çünki əmək haqlarının artımı dövriyyədəki pul küləsini artıraraq milli valyutanın məzənnəsini sabitləşdirmək səylərinə zərbə vuracaqdı.

İndi isə makroiqtisadi göstəricilərin yenidən yaxşılaşması hökumətə imkan verəcək ki, nəhayət maaş və sosial ödəmələrdə illik inflyasiyanı nəzərə alaraq artıma getsin. Böyük ehtimalla gələn ilin büdcəsində əmək haqlarının və sosial ödəmələrin artırılması üçün vəsait nəzərdə tutulacaq. Lakin gözləniləndir ki, hökumət yenə də ehtiyatlı davranacaq, bu artım çox da böyük olmayacaq. İqtisadçılar təxminən 10 faizlik artım proqnozlaşdırır. Əmək haqlarının artması əhalinin alıcılıq qabiliyyətinin yenidən artması və beləliklə də iqtisadi canlanmaya təkan verməsi üçün iqtisadi alətlərdən biridir.

Gözlənilir ki, hökumətin gələn ilin büdcəsində iqtisadi artımla bağlı proqnozu azı 4-5 faiz təşkil edəcək. Bu, neftin kəskin ucuzlaşmasından sonra Azərbaycanda son 20 ildə baş vermiş ilk iqtisadi geriləmələrin ardınca ölkə iqtisadiyyatının yenidən davamlı inkişaf mərhələsinə daxil olmasına imkan verəcək. Və ən mühümü odur ki, bu artım əsasən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının sürətli inkişafı hesabına baş verəcək.



İmza:

Prezident bu qanuna dəyişiklik etdi

“Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın” - Baş nazirin müavini

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Hikmət Hacıyev Berlində Dağlıq Qarabağ münaqişəsi ilə müzakirələr aparıb

“Müəllifin fantaziyasından başqa bir şey deyil” - Əli Həsənov

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Saakaşvili partiya liderliyindən gedir

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Siyavuş Novruzovdan Əli İnsanova sərt sözlər: “Mələk cildinə bürünüb...”

"Ermənistan işğalı sülh olaraq qəbul edir" - PA rəsmisi

Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

Bu sərəncam ədalət və humanizmin təntənəsidir - SORĞU

SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK