Adalet.az | Bakıətrafı kəndlərin avtobus problemi həll olunur Adalet.az | Bakıətrafı kəndlərin avtobus problemi həll olunur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıətrafı kəndlərin avtobus problemi həll olunur

43263    |   2017-09-19 17:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıətrafı kəndlərə xidmət edən avtobusların vəziyyəti nəzərə alınaraq 300 ədəd yeni avtobusun gətirilməsi planlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Agentlikdən verilən məlumata görə, Bakıətrafı kənd və qəsəbələrə xidmət edən avtobusların müəyyən qismlərində avtobusların vəziyyəti ilə bağlı texniki problemlər mövcuddur: "Bunlara misal olaraq 150, 101, 187, 173, 198, 148, 24, 15 nömrəli marşrut xəttlərini misal göstərə bilərik. Həmçinin, bu avtobusların istismara yararsızlığı barədə də məlumatlıyıq. Qeyd olunan avtobuslar əsasən keçmişdən qalan avtobuslardır. Bildiyiniz kimi, "Bakubus" MMC istisna olmaqla avtobuslar dövlətə yox, müxtəlif sahibkarlara, hüquqi və fiziki şəxslərə məxsus olduğundan yenilnmə prosesini də məxsus olduqları daşıycılar həyata keçirməlidir. Belə ki, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən etibarən daşıyıcılar qarşısında istismara yararsız avtobusların yenilənməsi iə bağlı tələb qoyulub. Hansı daşıyıcı bu tələblərə əməl etmirsə, mərhələli şəkildə daşıyıcılarla olan müqavilələrə xitam verilir. Qeyd edək ki, ən son olaraq 175 nömrəli xəttin müvəqqəti istismarçısı tələblərə əməl etmədiyi üçün, yəni tabeliyindəki istismara yarasız avtobusları yeniləmədiyi üçün xəttin istismarı digər daşıyıcıya həvalı olunub və xətt üzrə avtobuslar əsaslı təmir olunmuş avtobuslarla əvəz olunub".




İmza:
SON XƏBƏRLƏR
2018-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK