ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: İŞIĞIN SİMVOLU

13003    |   2017-07-13 15:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən akademik Akif Musayevi belə görürəm

Nə vaxtdı ki, ürəyimdə bir yazı yazıram… Və nə vaxtdı ki, bu yazını yazıb qurtara bilmirəm. Bunun da səbəbini götür-qoy edəndə ağlıma ilk gələn bu olur ki, mən bu yazını hardan başlayıb harda nöqtəsini qoyacağımı tapmaqda çətinlik çəkirəm. Düzdü, bir söz adamı olaraq aşıq Alının məşhur misralarından da başlaya bilər. Və yaxud da son illərin dillər əzbəri olan «yaşın nə fərqi var» fikrindən də. Amma yazının ünvanlandığı Şəxsiyyət sözün bütün və gerçək mənasında elə bir Kişidi ki, elə bir Alimdi ki, mən sözümü onun ictimai, elmi çəkisinə uyğunlaşdırmalıyam. Onun şəxsiyyəti, onun alimliyi və ən vacibi onun Halal İnsanlığı bu yazıda görünməlidi. Bax, bu mənada ehtiyat edirəm. Ürəyimdə yazdıqlarımı elə ürəyimdə də cırıb bir kənara atıram. İnanın ki, bu yazını yazmaq mənə o qədər çətin, o qədər məsuliyyətli gəlir ki, mən bir anlıq fikrimdən daşınmaq, sadəcə onu bir cümlə ilə təbrik edib sözümə nöqtə qoymaq istəyirəm.. Amma…

Adını eşidib, elmi fəaliyyətindən mətbuat vasitəsilə tanış olduğum bu İNSANla ilk tanışlığım dəyərli yazıçımız, əsl xalq adamı Seyran Səxavətin qardaşı Xanlar Xanlarovun yas mərasimində oldu. Məni bu İNSANa Seyran müəllim təqdim etdi. Daha doğrusu, məndən soruşdu ki, Akif müəllimi tanıyırsan? Doğrusu, mən də bir az tərəddüd içərisində ehtiyatla dedim ki, barəsində eşitmişəm. Amma şəxsi tanışlığım olmayıb…

Və beləcə, başladı bizim tanışlığımız. Mən hörmətli akademikimiz, çox dəyərli eloğlum Hətəm Quliyevlə Seyran Səxavətin və Akif müəllimin söhbətlərini dinləyə-dinləyə içimdə Xanlar Xanlarova da çox səmimi bir rəhmət oxudum. Axı, bizim qarşılaşmağımız və mənim barəsində həmişə xoş sözlər eşidib adıyla qürur duyduğum, sözün bütün gerçəkliyi ilə deyim ki, bir nur topası olan İNSANla tanış olurdum. İndinin özündə də həmin o anı xatırlayanda, yenə o rəhmət dilimə gəlir, yenə o anları təkrar yaşayıram və yenə də Akif müəllimin ona tərəf uzatdığım əlimi necə doğmalıqla sıxdığımı bütün varlığımla, bütün ruhumla duyub yaşayıram.


Elə həmin gündən başlayaraq mən Akif müəllimin həyat yolunu daha dərindən izləməyə başladım. Müxtəlif insanlardan, hətta akademiyanın özünün səhifəsindən onun həyatıyla bağlı orada yazılanları, keçdiyi yolu nöqtə-vergülünə qədər öyrənməyə çalışdım. Xüsusilə bu işdə mənə akademik Hətəm Quliyev, yazıçı Seyran Səxavət, eləcə də dostum Əlövsət müəllim, həmçinin Umud Rəhimoğlu yardımçı oldular. Görüşlərimizin birində Vaqif Bəhmənli də söylədi ki, Akif müəllim çox böyük ziyalıdı, çox böyük alimdi.

Mən bu sözləri Seyran Səxavətin dilindən də eşitmişdim, Umudun da, Əlövsət müəllimin də. Hətta bir dəfə millət vəkili, yazıçı Aqil Abbas da Akif müəllimi möhkəm-möhkəm qucaqlayıb dedi ki, siz çox dəyərli kişisiniz, çox gözəl ağsaqqalsınız, çox böyük alimsiniz…

İndi özünüz təsəvvür edin, içərisinə düşdüyüm bu aura məni dinc buraxarmı?! Heç dinc də buraxmadı. Arayıb-axtardım və əlimin altında olan mənbələrdən öyrəndim ki, Akif müəllim 1977-ci ildə Moskva şəhərində, özü də SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında «İqtisadi-riyazi üsullar» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. Gəlin etiraf edək ki, həmin illərdə, həmin o yerlərdə alimlik adı almaq, istedadını sübut etmək və bacarığına hər kəsi inandırmaq hər kişinin hünəri deyildi. Hər özünü alim sayanın, özünü istedadlı sayanın boyuna biçilən titul deyildi. Bax, elə həmin o Moskvanın özündə Akif Musayev təkcə özünün kimliyini, qabiliyyətini, istedadını, elmi hünərini deyil, həm də Azərbaycan alimlərinin nəyə qadir olduqlarını ortaya qoydu. Bundan bir xeyli sonra o, bu dəfə Gürcüstanda, onun paytaxtında yerləşən Tbilisi Dövlət Universitetində doktorluğunu müdafiə edərək dünyaya sübut etdi ki, Azərbaycanda kamil bir elm fədaisi, elm adamı var, yaşayır və yaşayacaqdır. Onun iqtisad elmləri doktoru kimi özünütəsdiqi artıq o demək idi ki, Azərbaycan Milli Elmlər Akademiyasının daha bir müxbir üzvü bizim sıramızdadı, bizim gözümüzün önündədi. Dünyanın aparıcı dövlətlərində, xüsusilə ABŞ-da, Rusiyada, Fransada, Almaniyada, İtaliyada, eləcə də İranda, Türkiyədə, Macarıstanda, Latviyada və digər məmləkətlərdə Akif Musayevin elmi uğurları, ortaya qoyduğu nəzəriyyə birmənalı şəkildə qəbul olunmaqla yanaşı, həm də ən müasir, ən yeni elmi nəzəriyyə kimi qiymətləndirilir, dəyərləndirilir. Elmi konfranslardakı çıxışları onun təkcə nəzəriyyəçi yox, araşdırmaçı yox, həm də nəzəriyyəsini ortaya qoyduğu elmi kəşfin həyata tətbiqinə də nail olmaq imkanlarını göstərdi. Yeri gəlmişkən, xatırladım ki, Ümummilli Liderimiz hələ 1994-cü ilin sentyabr ayının 24-də imzaladığı fərmanla Respublika Nazirlər Kabineti Yanında Dövlət Ali Ekspert Komissiyası yaratdı. Həmin komissiyanın üzvlərindən biri də məhz Akif Musayev idi. Bu komissiyyanın tərkibində o, özəl təhsil müəsissələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizmlərinin yaradılması, həyata keçirilməsi ilə bağlı xeyli işlər gördü. Məhz onun tövsiyələri, onun elmi baxışları bu komissiyaya imkan verdi ki, heç bir qarşıdurmaya, heç bir ictimai-sosial gərginliyə yol vermədən özəl təhsil müəssisələrinin yaradılması haqqında qərar qəbul olunsun. Məhz bu qərardan sonra ölkədə mövcud olan özəl təhsildəki böhran aradan qaldırıldı.

Akif müəllimlə söhbətlərimizin birində eşitdiyim fakt bu gün də yadımdadı. Mətbuatla, ədəbiyyatla bağlı fikir mübadiləsi edirdik. Onun son dövr Azərbaycan ədəbiyyatı ilə bağlı söylədiyi fikir məni təəccübləndirdi. Etiraf edim ki, həmin ana qədər Akif müəllimin hardasa vaxt tapıb hansısa bir romanı, şeiri oxuduğunu təsəvvürümə gətirməmişdim. Lakin vurğulayanda ki, Elçinin son əsərini, «Azərbaycan» jurnalında çıxmış «Baş» romanını çox maraqla oxudum və onda nə boyda səhv etdiyimi içimdə bir fikir kimi boğub öldürdüm. Axı elmi konfranslar, çalışdığı elmi sahə, çiynindəki vəzifə yükü, xarici səfərlər, ailə, ev, yaxınların müxtəlif məclisləri, rəsmi dəvətlər… bütün bunların içərisində bədii əsər oxumağa, mətbuatı izləməyə vaxt ayırmaq, hətta elektron mediaya da yer vermək o qədər də asan iş deyil.

Yaxşı yadımdadı, ötən ilin yayı idi. Umud Rəhimoğlunun rəhbərlik etdiyi Avrasiya Mətbuat Fondunun tədbiri keçirilirdi. Fondun dəvətiylə Nobel mükafatı laureatı olan Məhəmməd Yunusun «Kasıbların bankı» kitabının təqdimatı və özü ilə görüş keçirilirdi. Elə fondun həyətində açıq havada təşkil olunmuş həmin görüşdə qarşılaşdıq Akif müəllimlə. Və söhbət əsnasında öyrəndim ki, mənim yalnız adını eşitdiyim bu Nobel mükafatçısı olan qonağımız barəsində o nələri bilirmiş. Onun dünya çapındakı yeri, ortaya qoyduğu bilgisi Akif müəllim üçün təkcə qonağa hörmət və yaxud onu dəvət edənə ehtiram deyil. Bu həm də elmə, nəzəriyyəyə ayrılan diqqətdi. Üstəlik, həmin o nəzəriyyənin Akif müəllim üçün doğmalığı idi. Çünki həmin nəzəriyyənin də şah damarı iqtisadiyyatdan keçirdi, iqtisadiyyata söykənirdi. Deməli, Akif müəllim iqtisadi-riyazi nəzəriyyə olan hər yerdə iqtisadi, riyazi təcrübə olan hər yerdə və bir də bütövlükdə elm və ədəbiyyat olan hər məkanda öz yerindədi. Onun bu yeri elmlər doktoru, AMEA-nın müxbir üzvü olmasından keçmir. Bu yer həm də onun halal haqqıdı. Və…

Adətən alimlər barəsində, tanınmış şəxslər haqqında nəsə yazanda bu şəxsin həyat yolu ilə yanaşı, onun yaradıcılıq nümunələrinin də, kitablarının da, aldığı mükafatların da adları göstərilir, sayılır. Amma mən Akif müəllimin bələd olduğu həyatındakı uğurlarını saymaq, elmi məqalələrinin, əsərlərinin tələbələr üçün yazdığı dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının, monoqrafiyalarının, metodik göstərişlərinin, məruzələrinin və sairənin adını çəkmirəm. Çünki bunlar bir alim üçün, bir alim ömrü üçün kifayətdən də kifayətdi. Amma burda bir məqam var ki, saydıqlarım Azərbaycan üçün deyil, həm də dünya elmi üçündü. Ona görə də həmin vurğuladığım yaradıcılıq uğurları dünyanın ən böyük elmi müəssisələrində yayılıb, tirajlanıb və bu gün də yayılıb tirajlanmaqdadı.

Maraqlı burasıdı ki, hələ 1967-ci ildə Akif müəllim Azərbaycan Respublikasının MEA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlasa da, sonra Moskvada aspirant kimi özünü sübut etdi. Artıq o illərdən məlum oldu ki, Akif Fərhad oğlu Musayev elmimizin təzə səhifəsini yazmağa başlayır. Açdığı yeni səhifə özündən sonra gələnlərin üzünə açılan qapı olacaqdı. O qapıdan içəri girənlər məhz onun artıq elmi məxəzə çevrilən yaradıcılığından bəhrələnirlər və bəhrələnəcəklər.

Həyatını iqtisadçı-alim, mükəmməl pedaqoq kimi təsdiq etmiş akademik Akif Musayev Azərbaycan adlı məmləkətdə respublikanın vergi sahəsində də elmi bilgilərin, məktəbin əsasını qoymuşdu. Məhz onun bu sahədəki fəaliyyəti verginin elmi əsaslarının işlənib hazırlanmasına, müasir dünya səviyyəsinə gətirilməsinə şərait yaradıb. Maraqlıdı ki, bu gün iqtisadiyyatımızın hansı sahəsinə çevrilib baxsaq, orda akademik Akif Musayevin izini, nəfəsini, sözünü xidmətini görəcəyik. Mən də bir qələm adamı olaraq içimdə abidəsini ucaltdığım, ürəyimdə adıyla, işiylə qürur duyduğum Akif müəllimin 70 illiyi ilə bağlı AMEA-nın qəbul etdiyi qərarla tanış olanda daxilən rahatlandım. Çünki layiq olduğu diqqəti öz sahibinin qapısını döyməsi çox gözəldi, həm də bir az kövrək duyğudu. İnanıram ki, mənim yazdığım bu əl boyda yazı Akif müəllimin bütün xidmətlərinin çox cüzi bir hissəsidi. Daha doğrusu, mənim ona olan güvəncimin, sevgimin ifadəsinin çox kiçik bir damlasıdı. Mən bütün sevgimi, bütün sayğılarımı inanın ki, yaza bilmədim. Ona görə ki, Akif müəllimin özünü, həyatının, xidmətlərini torpağa bağlılığını, ailəyə sədaqətini yazmaq üçün mən çox kiçik adamam. Elə bu durduğum, olduğum nöqtədən sadəcə bütün ürəyimlə deyirəm:

- Yetmiş yaşın mübarək, Akif müəllim!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK