Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Modelyerimizin kolleksiyası Fransanın məşhur telekanalında Adalet.az | Modelyerimizin kolleksiyası Fransanın məşhur telekanalında Adalet.az | Ədalət -

Modelyerimizin kolleksiyası Fransanın məşhur telekanalında

177287    |   2017-07-12 15:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanlı modelyer Günel Rüstəmovanın 2017-2018-ci illərin payız və qış fəsilləri üçün kolleksiyası Fransanın "France 2” televiziya kanalında yayımlanıb.

Parisdə "Evreux” otelində keçirilən moda nümayişində Günel Rüstəmovanın kolleksiyası daha çox diqqət cəlb edib. Azərbaycanlı modelyerin kolleksiyasında Nizami Gəncəvinin "Fitnə”sinə həsr olunmuş geyim orijinallığı ilə iştirakçılarda daha çox maraq doğurub. Çiynində metaldan yaradılan öküz daşıyan "Fitnə” geyimini məşhur top-model Petra Nemtsova təqdim edib.

G.Rüstəmova kolleksiyasında təbiətlə müasir abstrakt arxitektura qarışığı təsəvvürü yaradır. O, yağlı boya ilə kağız üzərində yaratdığı formaları sonra geyimə çevirir.

Tutqun və açıq rənglərin qarışığından ibarət kolleksiyada bir-birinə dolaşmış mirvari, metal sap texnikasından istifadə edilmiş və yarımşəffaf, jakkard parçalardan hazırlanmış nadir geyimlər unikallığı ilə göz oxşayıb.

G.Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”də incəsənət və moda sənayesi ixtisasını bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib. G.Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox moda şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli moda şouları keçirilib.

G.Rüstəmova Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir. Bununla yanaşı, o, rəssam kimi də fəaliyyət göstərir. /azertag.az/




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK