Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Bakı"dan ayrılmaq istəməyən "hücumçu" Adalet.az | "Bakı"dan ayrılmaq istəməyən "hücumçu" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Bakı"dan ayrılmaq istəməyən "hücumçu"

75 yaşlı Fazil Rəhmanzadə: “Müslüm Maqomayev mənim üçün vəzifə tapmışdı, amma...”

11624    |   2017-02-03 23:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fazil Rəhmanzadə istedadlı rəssam ola bilərdi, uşaqlıq dostu, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevlə birlikdə rəsm dərnəyinə gedirdi.

Futbolçu kimi tanına, vurduğu qollarla stadionlara toplaşan minlərlə azarkeşi coşdura, fanatların rəğbətini qazana bilərdi. Yaşıdları arasında seçilirdi və perspektiv vəd edən oyunçu kimi 15 yaşlılardan ibarət Azərbaycan yığmasına da cəlb olunmuşdu.

Bəlkə də bu gün tanınmış aktyor kimi müsahibə alardıq. Teatra böyük marağı var idi, dram dərnəyində rejissorlar ona baş rollar etibar edirdilər. Çoxları onun gurultulu alqışlar altında böyük səhnələrə çıxacağı günü gözləyirdi.

Amma Fazil Rəhmanzadə jurnalist oldu, bu sahədə tanındı, böyük uğurlar qazandı. Məqalələri SSRİ-nin ən aparıcı qəzet və jurnallarında işıq üzü gördü, kitabları xarici dillərə tərcümə edildi. SSRİ Jurnalistlər İttifaqının İdarə Heyətinin üzvü oldu, Əməkdar mədəniyyət işçisi fəxri adına, Həsən bəy Zərdabi, "Humay" mükafatlarına layiq görüldü. Fevralın 9-da 75 yaşı tamam olacaq ustad jurnalistin və istedadlı publisistin bu gün də vaxtının çox hissəsi yazı masasının arxasında keçir, qüdrətli aktyor Ələsgər Ələkbərov haqqında yazdığı kitabı tamamlamaq üzrədi. Dünya şöhrətli sənətkar Rəşid Behbudovun həyat və yaradıcılıq yolundan bəhs edən kitabı isə neçə illərdi ki, naşirini, sponsorunu gözləyir.

"Bəlkə heç özü yazmayıb?”

Atamı çox tez itirmişəm. Ailənin böyük övladı kimi, evin bütün məsuliyyəti mənim kiçik çiyinlərimə düşmüşdü, anamı, qardaş və bacılarımı dolandırmaq üçün pul lazım idi. Günlərin bir günü qonşumuz Azad Əliyev dedi ki, bilirəm, yazı-pozu işləri əlindən gəlir, "Azərbaycan bədən tərbiyəsi" qəzetinə korrektor lazımdı. Dərhal razılaşdım və 3 ay orada çalışdım. Sonrakı 2 ayı "Ədəbiyyat və incəsənət" qəzetində işlədim. "Azərbaycan bədən tərbiyəsi" qəzetinin redaktoru Mirpaşa müəllimin yenidən məni redaksiyaya dəvət etməsi lap yerinə düşdü. Bu dəfə məni müxbir kimi ştata götürdülər. İdman sahəsini yaxşı bildiyimdən bu mövzuda yazmaq mənim üçün rahat idi. 61-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədov məni "Bakı" qəzeti ilə əməkdaşlığa dəvət etdi. Şamil müəllimin tapşırığı əsasında idman mövzusunda materiallar hazırlayırdım.



Uşaqlıqdan incəsənətlə yaxından maraqlandığımdan bir gün qələmimi mədəniyyət sahəsində sınamaq qərarına gəldim və redaksiyaya "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim elədim. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı"nın yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdim. Nəsir müəllim "letuçka"da deyib ki, bu gənc oğlan həm idmandan, həm də mədəniyyətdən maraqlı yazılar qələmə alır. Bu necə ola bilər, araşdırın, bəlkə heç özü yazmayıb?

"Bir dön bizim "Bakı”ya bax...”

Bu yazımı bəyənəndən sonra Nəsir İmanquliyev məni "Bakı" qəzetinə işə dəvət etdi. Jurnalist olmaq istəyən bir gənc üçün bu böyük etimad idi. Bütün gecəni həyəcandan gözümə yuxu getmədi. Səhər Nəsir müəllim məni qəbul etdi və korrektor ştatına götürdü, bir ay sonra isə mən artıq "Bakı"da kiçik ədəbi işçi idim. Cəmi üç ilə şöbə müdirinin müavini oldum və təbii ki, bu ailəmizin dolanışığına da müsbət mənada təsir göstərdi. Çünki yaxşı maaş və qonorar qazanmağa başladım.

1967-ci ildə Nəsir müəllim mənə daha böyük etimad göstərib şöbə müdiri vəzifəsinə təyin etdi. Onda mənim cəmi 24 yaşım var idi. Sovet dövrünün qaydalarına görə belə vəzifə təyinatları üçün partiya orqanlarının razılığını almaq lazım gəlirdi, amma bu bürokratik maneələr Nəsir İmanquliyevin nüfuzu qarşısında aciz görünürdü.

Sözün açığı, əvvəlcə bu işə razılıq verməyə bir az tərəddüd edirdim. Çünki həmin şöbə ilə dövrün çox görkəmli incəsənət xadimləri əməkdaşlıq edir, yeni əsərlərinin, müsahibələrinin məhz "Bakı"da çap olunmasını istəyirdilər. O zamanlar indikindən fərqli olaraq, incəsənətin, mədəniyyətin gündəmini "starlar", "elit starlar", "qızıl şlyagerlər", "əjdahalar", "toylar kralı" yox, Süleyman Rüstəm, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Arif Məlikov, Cahangir Cahangirov, Tofiq Quliyev, Ədil İsgəndərov, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Tofiq Kazımov kimi nəhəng insanlar müəyyən edirdi. Onlarla yaradıcılıq əməkdaşlığı etmək, ünsiyyət qurmaq o qədər də sadə məsələ deyildi.

Düz 30 il "Bakı"da çalışdım, Nəsir müəllim təkcə mənə yox, redaksiyada çalışan hər əməkdaşa valideyn qayğısı göstərdi, əsl ağsaqqallıq elədi. Baş redaktor kimi nə qədər tələbkar, sərt idisə, insan kimi mehriban, qayğıkeş idi. Onun mənə etdiyi yaxşılıqları heç zaman unuda bilmərəm.

"Müslüm məni Moskvaya dəvət edirdi, burda isə məni katib qoymaq istəyirdilər...”

Artıq yetərincə tanınırdım. Maddi vəziyyətim də düzəlmişdi, bacılarımın ikisini də köçürmüşdüm, ev-eşik sahibi eləmişdim. Moskvada təhsil alan qardaşıma, hətta uşaqlıq dostlarımdan birinə hər ay pul göndərməyə də gücüm çatırdı.

Təvazökarlıqdan uzaq olsa da, deyim ki, məni transfer eləmək istəyənlər çox idi. Kiçik yaşlarımdan dostluq etdiyim, Azərbaycanı bütün dünyada tanıdan Müslüm Maqomayev məni öz yanına aparmaq istəyirdi, xəbərim olmadan iş də tapmışdı. Respublikamızın Moskvadakı daimi nümayəndəliyində mətbuat katibi təyin olunmalı idim. Amma mən dostumun təklifindən imtina etdim. Mərkəzi Komitədə yüksək posta təyin edilən dostlarımdan biri isə Mingəçevirin birinci katibi vəzifəsində göndərilməyimlə bağlı aidiyyəti şəxslərə təklif vermişdi. Mənim rəyim soruşulan məqamda bu təklifə də "yox" cavabı verdim. Çünki özümü jurnalistikadan başqa sahədə təsəvvür eləmirdim. Üstəlik, Nəsir müəllim kimi xeyirxahımdan, onun "Bakı"sından ayrılmaq istəmirdim.

"Heydər Əliyev "Yol” kitabım haqqında elə bir söz dedi ki...”

Çox xoşbəxtəm ki, Heydər Əliyev məni bir jurnalist kimi tanıyıb və həmişə hörmət edib. Bu tanışlığın qəribə bir tarixçəsi var. 1970-ci ildə ciddi araşdırmadan sonra "Bakı" qəzetində Dövlət Filarmoniyasının rəhbəri barədə tənqidi yazı hazırlamışdım. Həmin yazı Mərkəzi Komitənin bürosunda müzakirəyə çıxarılanda müəllif kimi mən də dəvət olunmuşdum. Heydər Əliyev məni göstərib dedi ki, bir neçə dövlət orqanının görməli işi bu arıq, cavan oğlan təkbaşına görməyi bacarıb, sizə dərs verib. Müzakirənin sonunda bir neçə vəzifəli şəxs cəzalandırıldı.

Bu böyük şəxsiyyətin personasına qadağa qoyulan illərdə belə həm Bakıda, həm də Naxçıvanda onunla dəfələrlə görüşmüşəm. Belə görüşlərdə Heydər Əliyev həmişə kövrəlirdi, deyirdi ki, sən qorxmursan mənimlə görüşməkdən, axı sənin üçün problem yarada bilərlər...

Heydər Əliyev prezident seçiləndən sonra İrana və İngiltərəyə rəsmi səfərləri zamanı mənim də nümayəndə heyətinin tərkibinə daxil olmağımı şəxsən özü tapşırmışdı. Hər iki səfərimizdə maraqlı söhbətlərimiz oldu. Londona uçanda prezident təyyarəsində mənə dedi ki, Fazil, "Yol" kitabının birinci hissəsini çox fəndgirliklə yazmısan, oxuduqca əlimdən yerə qoya bilmədim. İkinci kitabı yazanda xəbər elə, nə lazımsa kömək edək.

Təəssüf ki, "Yol"un ikinci kitabını görmək Ulu Öndərə qismət olmadı.

30 ölkədə soydaşlarımızı soraqlayan jurnalist

Dünyanın 30-dan çox ölkəsində olmuşam, Venesueladan Yaponiyaya, İndoneziyadan Amerikaya qədər gəzib dolaşmışam. Çox maraqlı insanlarla görüşmüşəm. ABŞ-ın San-Fransisko şəhərində olarkən Səttarxanın nəvələrini tapdım, onların qonağı oldum. Almaniyaya səfərlərimin birində isə böyük yazıçımız Mirzə İbrahimovun qardaşı ilə görüşə bildim. Sovet dövründə Mirzə müəllimin xarici ölkədə qardaşı olduğunu heç kim bilməyib, əks halda belə böyük dövləti vəzifələri ona etibar etməzdilər. Hələ mən həbsdən, repressiyadan danışmıram.

Yaponiyada olanda Mirzə Fətəli Axundzadənin kötükcələrini axtarıb tapmışam. Mənə dünya şöhrətli aktyor, əslən Azərbaycandan olan Robert Osseyinlə - Rüstəm Hüseynzadə ilə görüşmək, Parisdən Nyu-Yorka qədər təyyarədə onunla söhbətləşmək nəsib olub. Sonra bu münasibətlər dostluğa çevrildi, Bakıda onunla görüşdüm. Təəssüf ki, biz uzun illər Robert Osseyin kimi məşhur azərbaycanlıdan istifadə edə bilmədik, filmlərimizə dəvət etmədik, dünyaya onu soydaşımız kimi tanıtmağı bacarmadıq. O, özü də həmişə bundan gileylənir, deyirdi ki, Azərbaycan mənə yiyə durmadı. Son illər Heydər Əliyev Fondu Parisdə tədbirlər təşkil edəndə Robert Osseyin böyük həvəslə gəlib tamaşa edir.

Sponsora ehtiyacı olan "Rəşid Behbudov”

75 yaşında olmağıma baxmayaraq bu gün də yazıram, günümün çox hissəsini arxivlərdə keçirirəm, Azərbaycan və dünya incəsənətində baş verən prosesləri yaxından izləyirəm. Bir neçə il öncə iki cilddən ibarət "Bu ismidə bir can" kitabımı ictimaiyyətə təqdim etdim. Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Komitə sədri, akademik İsa Həbibbəyli ilə görüşəndə dedi ki, bu kitab bir jurnalistin, bir publisistin yox, sanki bir tədqiqat institutunun ərsəyə gətirdiyi elmi əsərdir. Bu kitab hər birimizin evində olmalıdır.

Dostlarıma minnətdaram ki, əvvəllər kitablarımın çapına maddi və mənəvi yardım göstəriblər. Səhnəmizin və kinomuzun qüdrətli aktyoru Ələsgər Ələkbərov haqqında yazdığım kitab son oxunuş mərhələsindədir, təxminən 15-20 gündən sonra çap olunacaq. Dünya şöhrətli Rəşid Behbudov barəsində qələmə aldığım kitab çoxdan hazırdı. Ən böyük arzularımdan biri həmin kitabın çapını görməkdir. Amma nə Rəşid Behbudovun ailəsi, nə də mən sponsor tapa bilmirik. İmkanlı adamlarımız, biznesmenlər kitab nəşrinə pul xərcləmək istəmirlər. Müasir dövrün Hacı Zeynalabdin Tağıyevini hardan tapım...

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK