adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Dekabr 2015 16:04
16213
GÜNDƏM
A- A+

DÖVLƏT MÜŞAVİRİ, PROFESSOR KAMAL ABDULLAYA

Çox hörmətli Kamal müəllim!

Sizi, Azərbaycanın tanınmış ziyalılarından birini, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü və dövlət müşaviri kimi təkcə məmləkətimizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yaxşı tanıyırlar. Siz yazıçı və elm kimi bütün fəaliyyətinizi Azərbaycan ədəbiyyatını, Azərbaycan elmini dünyaya tanıtmaq istiqamətində zaman-zaman istiqamətləndirmiş və qazandığınız sevgi, uğur və şöhrətlə Azərbaycanı da şöhrətləndirmisiniz!

Hörmətli Kamal müəllim!

Məhz Sizin bu diqqətçəkən fəaliyyətiniz ölkə prezidenti cənab İlham Əliyev tərəfindən də halal haqqınız olan «Şöhrət» ordeni ilə mükafatlandırıldı. Bu təkcə Sizin yubileyinizə deyil, həm də xidmətlərinizə çox önəmli bir hədiyyədir.

Biz Sizin dünyanın müxtəlif ölkələrində nəşr olunan kitablarınızın, müxtəlif dillərdə yayımlanan əsərlərinizin gətirdiyi uğuru hər zaman izləyir və bundan bir soydaşınız olaraq qürur duyuruq. Bilirik ki, Sizin bütün elmi fəaliyyətiniz, bədii yaradıcılığınız Azərbaycan üçündür, Azərbaycana xidmətdir. Eyni zamanda Sizin bir dövlət müşaviri kimi də ölkəmizdə, onun hüdudlarından kənarda gördüyünüz işləri də maraqla izləyir, onun bəhrəsini öz həyatımızda yaşayırıq.

Bax, belə bir gözəl gündə Sizin dostunuz, oxucunuz olaraq biz Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, can sağlığı və daha böyük uğurlar arzu edirik. İnanırıq ki, keçdiyiniz həyat yolunda bir pedaqoq, bir yazıçı, bir tədqiqatçı, bir elm adamı, bir dövlət xadimi və nəhayət, bir Azərbaycan vətəndaşı kimi qazandığınız uğurların sayı bundan sonra da artacaq və Sizin hər bir qələbəniz, hər bir nailiyyətiniz Azərbaycanın söz, elm və dövlət tarixinə yazılacaqdı!

Çox hörmətli Kamal müəllim!

Bir daha Sizi təbrik edir və Sizə ən xoş arzularımızı çatdırırıq!

Hörmətlə:

Millət vəkili Aqil ABBAS və «Ədalət» qəzetinin kollektivi