SON DƏQİQƏ:

BiR EV QOYUB GƏLMiŞƏM

  31899   |  
Şriftin ölçüsü  
Gündüz öz yerində. İş vaxtıdı. İşdə-gücdə oluram hamı kimi. Gecələr yata bilmirəm. Təkcə yuxusuzluqdan yox, fikirdən-qayğıdan yox, səs-küydən də yatmaq olmur. Düz evimin küncündə, lap burnumun ucunda böyük bir tikinti meydançası açılıb.
   
   Ağır texnikalar, beton tökən maşınlar yerin bağrını dəlib-deşən məhkərlər dayanıb-durmadan gecə-gündüz işləyir, səs adamın başına düşür. Təkcə ev yox, həm də dirsəkləndiyin yastıq da, divan da səninlə birlikdə elə silkələnib ki, düşünürsən yəqin zəlzələ baş verib. Uşaq hövlank yuxudan oyanır. Əlində su kasası kəsirsən başının üstünü:
   
   - Qorxma, qızım!!!...
   
   Hə, bu bir gerçəklik və bu gerçəklikdən qaçmaq mümkün deyil. Özümlə gəzdirdiyim bu gerçəkliklərin təsiri altında qəzetləri vərəqləyirəm. Hər gün bir-birini təkzib və təsdiq edən eyni xəbər, amma başlıqlar müxtəlif. Söhbət şəhərdə və onun ətrafında sökülən evlərdən gedir. Elə dünənki qəzetlər də yazmışdı. Özü də az qala adamın gözünə girən şriftlərlə: BAKIDA ON BEŞ MİN EV SÖKÜLƏCƏK!!!???
   
   Axşam telekanalların hansındasa maraqlı bir məqam diqqətimi çəkdi. Sökülən evlərdən reportaj hazırlanmışdı. Reportajın müəllifi özünəməxsus şəkildə gülümsəyərək bildirdi ki: "Gördüyünüz bu ev dünən sökülmüşdü, bu gün yenidən tikilir!!!"???
   
   Hə, ev tikmək, yurd-yuva sahibi olmaq hər kəsin haqqıdı. Xüsusilə əlil, zəlil, qaçqın, köçkün insanların bu yönümdə arzusu, istəyi daha sonsuz, daha böyükdü. Çünki bu insanlar illərlə ömür bahasına qazandıqlarını, tikib-qurduqlarını düşmən mərmisinin, işğalın, müharibənin qurbanına çevrildiyini təkcə görməyiblər, həm də onun ağrısını bu gün də yaşayırlar. Yadıma mərhum şair dostum (ruhu şad olsun- Ə.M) Vahid Əlifoğlunun bir fikri düşür:
   
   
   
   Mən çadır altında
   
   doğulmamışam
   
   Mənim evim olub,
   
   eşiyim olub
   
   Ağacdan asılı
   
   beşiyim olub
   
   Anam layla çalıb,
   
   bala laylası
   
   Üzərlik yellənib
   
   başımın üstə
   
   Bibi nəvazişi,
   
   xala laylası
   
   Niyyətlər cücərib
   
   yaşımın üstə...
   
   
   
   Bəli, rəhmətlik Vahid demişkən, biz çadır altında doğulmamışıq, bizim də evimiz-eşiyimiz olub. Elə mən də qardaşımın səsinə səs verərək yazmışdım ki:
   
   
   
   bir ev qoyub gəlmişəm
   
   açarları cibimdə
   
   açarla oynayıram
   
   çadırların dibində...
   
   
   
   Bunları elə-belə xatırlamıram, məqsədim var. Nə vaxtdandır ki, qismən rahatlıq tapıb qohuma, dosta ünvan verdiyim, evin çəpərinin dibində qazıntı gedir. Hamı kimi mən də təlaş içərisindəyəm. Çünki Bakıda ON BEŞ MİN EV SÖKÜLƏCƏK! Mən bilmirəm o sökülən evlərin sırasında mənim və qonşuların evi olacaq, ya olmayacaq. Amma sonuncu ölən ümiddi deyirlər, içimdə bir ümid var. Hamının prezidenti olan ölkə başçısınadı bu ümid.
   
   "Azərbaycan" qəzetində qələm dostum Rafiq Məmmədovun "Evləri sənədsiz şəhər" adlı yazısı o ümidimə bir az yağ damızdırdı, neft səpdi və yadıma həmin o yazıda gətirilmiş iqtibasları saldı. Ölkə başçısı vurğulayıb ki, "Bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdı". Hələ düz bir il bundan öncə keçirdiyi müşavirədə kəskin şəkildə mövqe ortaya qoyan, tapşırıqlar verən Azərbaycan prezidenti bildirib ki, "evlərin qeydiyyata alınması problemi vardır. Biz bu problemi həll etməliyik... Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məhz mənfi hallar və onların mümkünlüyüdür... Sirr deyil ki, qeydiyyata alma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər, bu da reallıqdır".
   
   Ölkə prezidentinin ötən ilin mart ayının 9-da söylədiyi bu fikirlər həmin o televiziyada göstərilən reportajın mahiyyətini müəyyən qədər açdı.
   
   Mən bilirəm və həmişə də təbliğ edirəm ki, heç kim bu qanunsuzluğa yol verməməlidi, qanunu pozmamalı, tapdamamalıdır. Ancaq burda başqa bir məntiq də var.
   
   Əgər ölkənin paytaxtında bu gün sökülməsinə qərar verilmiş hələlik on beş min ev varsa, bəs onda bu evlər hansı sehirli çubuqla gözəgörünməz olublar? Necə tikiliblər ki, heç kim görməyib? Üstəlik bu on beş min evin hər birində iki-üç vətəndaş məskunlaşıbsa, o artıq Azərbaycanın bir rayonunun əhalisi deməkdir. Belə çıxır ki, bütöv bir rayon köçüb gəlib Bakıda özünə ev tikib, şərait yaradıb və bundan da Bakının xəbəri olmayıb. Hətta fantastik filmlərdə də belə mənzərəyə rast gəlmək mümkün deyil. Doğrudur, bu sualların cavabında həmişə daha çox sabitlər günahlandırılır - keçmiş icra başçısı, sahə müvəkkili, bələdiyyə sədri, daha nə bilim kimlər. Əgər bunlar günahkardısa, evi sökülənlər neyləsin? Niyə onları vaxtında cəzalandırmamısınız, qanunsuzluğun qarşısını almamısınız sualını bəs kimə ünvanlayaq? Lap elə həmin o telereportajda göstərilən kimi, axşam sökülüb səhər tikilən evlər necə olsun? Buna görəmi sabiqləri günahlandırmaq lazımdı? Bilmirəm, vallah sual o qədərdi ki, adamın lap başı şişir. Özü də bu tikinti səs-küyünün içərisində söküntünün evimin divarına gəlib çatdığı bir məqamda nə yazdığımı, nə edəcəyimi də heç qətiləşdirə bilmirəm. Uşaqlarımın:
   
   - Ata, evimiz sökülsə neyləyəcəyik? sualına cavab tapa bilmirəm.
   
   Yalnız nəzərlərim göy üzünə sancılır. Göy üzü uzaq, həm də son dərəcə yaxındı. Bilmirəm səsim ora çatır, yoxsa yox, bildiyim odur ki, 15 ildən artıqdır tikilən evimin başı üzərində qılınc oynayır. Amma ölkə prezidenti də düz bir il bundan öncə müşavirədə qəti şəkildə tapşırdı ki, qanunsuz tikilmiş evlər sənədləşdirilsin. Görəsən niyə sənədləşdirilmir? Ümumiyyətlə, bu sualın cavabını bilən var?

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK