adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 19:22
73
MƏMLƏKƏT
A- A+

Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...  

 Azərbaycan Polisi həmişə xalqın, dövlətəin ən çətin vəziyyətində  həmişə onun yanında olub. Birinci və ikinci Qarabağ savaşında polis ərazi bütövlüyümüzün təmin edilməsində  qəhrəmanlıqla döyüşüb, şəhidlər  verib və nə qədər də əməkdaş  güllə yarası alıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan polisi xalq tərəfindən sevilir. Bununla yanaşı, onu da qeyd etməliyik ki, onlar ictimai asayişin qorunmasını və cinayətkarlığa qarşı mübarizəni   də yüksək səviyyədə təşkil ediblər.

Polis əməkdaşları tərəfindən ən təhlükəli cinayətkar dəstələr belə vaxtında zərərsizləşdirilib. Bax belə cinayətkarların  tərksilah edilməsi zamanı şəhid polislərimiz də olub və onlar xalqımızın yaddaşından heç vaxt çıxmır! Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev Azərbaycan polisinin fəaliyyətinə   yüksək qiymət verib. Polisin maddi- texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük köməklik edib. Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazov polis orqanlarında yüksək nizam-intizam və sağlam bir mühit yaradıb. Ona görə də , bu gün Azərbaycan polisi daha güclü və daha qüdrətlidir.  

Bu mənada Çevik Polis Alayının da fəaliyyəti xüsusilə qeyd edilməlidir. Adından da göründüyü kimi, bu qurum hər hansı hadisəyə daha operativ, daha çevik  münasibət göstərir. Çünki burada çalışan əməkdaşlar çox peşəkar, fiziki cəhətdən güclü və vətənpərvər gənclərdir. Belə ki, 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatı zamanı onların göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd etmək lazımdır. Həmin döyüşlərdə Çevik Polis Alayının əməkdaşları düşmənin mövqelərinin darmadağın edilməsində öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. Onlar şəhid polislərimizin qisasını döyüş meydanında aldı. Yəni bu döyüslərdə  onlar yeni bir qəhrəmanlıq səhifəsi yazdılar. Fərəhli haldır ki, bu gün də ölkəmizdə ictimai asayişin qorunmasında  və cinayətkarlığa qarşı mübarizədə Çevik Polis Alayının xidmətləri əvəzsizdir!  Qarşıdan Yeni il gəlir. Heç şübhəsiz ki, onlar yenə əvvəllər öldüğü kimi , bu bayram günlərdə gücləndirilmiş iş rejimində çalışacaq, biz evdə , şəhərdə , istirahət məkanlarında dincələrkən  təhlükəsizliyimizi  qoruyacaqlar.

Çevik Polis Alayının Binəqədi,Suraxanı, Xətai,Nizami , Yasamal rayonlarındakı bölükləri həmişə olduğu kimi, bayram günlərdə də  öz vəzifələrini və tapşırılan işləri məsuliyyət yerinə  yetiriblər. Bu gün Azərbaycan cəmiyyətində polisə çox böyük inam və sevgi var.Çünki insanların ən çətin vəziyyətində  onlar  camaatın köməyinə çatıb. Xəstə insana yardım edərək xəstəxanaya aparıblar və kimsə  vətəndaşa    hədə - qorxu gəlibsə , polis belələrini elə həmin an yerində oturdub. Bax , buna görə də , insanlar polisə güvənir, ona inanır və arxalanır.Bizi qoruyan polisi biz də çox istəyirik!!!

Emil Faiqoğlu