adalet.az header logo
  • Bakı -°C
17 Dekabr 2025 09:43
92
SİYASƏT
A- A+

Kremlin "ramiz mehdiyevləri" kifayyət qədərdir...

İmperiya asanlıqla can vermək istəmir...

Artıq heç kimə sirr deyil ki, Rusiya (Putin) imperiyanı bərpa etmək arzusundan əl çəkmir və öz aləmində bütün dünyanı, o cümlədən də, keçmiş postsovet respublikalarını  inandlrmağa çalışır ki, artlq dəyişib və guya həmin Rusiya deyil...

 Təbii ki,  imperiya boyuduruğundan azad olmuş respublikaların hər birində Kremlin təbiğatını aparan, Rusiyanln xüsusi xudmət orqanlarına xidmət edən və onların tapşırıqlarını yerinə yetirən "Ramuz Mehdiyevlər" kifayyət qədərdir. 

 Şükürlər olsun ki, bu gün xüsusi xidmət orqanlarımız ölkəmizin milli təhlükəsuzliyinə xələl gətirmək istəyən qüvvələrə, O cümlədən, Kremlin Azərbaycanda "bəslədikləri" Ramiz Mediyev kimilərinə qarşı əməliyyat tədbirlərini həyata keçirirlər. 

Təbii ki, 24 il hakimiyyətin ən yüksək vəzifələrindən birini tutan adamın fəaliyyəti diqqətdən kənar qala bilməzdi. Ramiz Ənvəriviçin rusiya xüsusi xidmət orqanlarl ilə əlaqələri uzun illər nəzarətdə saxlanılıb. Onun Azərbaycandakı uzantıları ilə bağlı kifayət qədər tutarlı məlumatlar toplanıb və nəhayət onun barəsində, "hakimiyyətin zorakılıqla ələ keçirmək",  "vətənə xəyanət" maddələriylə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə barəsində "ev dustaqlığl" qəti imkan tədbiri seçilib.

Ramiz Mehdiyev hakimiyyətdə tutduğu vəzifəsindən istifadə edərək, bir çox adamları dövlətin mühüm postlarına yerləşdirərək  böyük bir xəyanət şəbəkəsi yaradıb. Hazırda bəzi ölkə mətbuatlarında və sosial şəbəkələrdə bir çox keçmiş və hazırda vəzifələrdə olan məmurların adları ilə yanaşı, özünü müxalif qüvvələr adlandıran bəzi  müxalifət liderlərinin də adları "xəyanət şəbəkəsi"  siyahısında hallandırılır. 

İllərdi Ramiz Mehdiyevin "xəyanət şəbəkəsinə" qoşulanlar yəqin "rusiya əzəmətinə" çox inanırdılar. Lakin onlar bir məsələni anlamırdılar ki, müstəqilliyimizin qazanılması  yolunda minlərlə şəhid verən  azərbaycan xalqı, heç vaxt "rusiyanın xəyanət şəbəkəsinə", suveren ölkəmizin  bir daha lmperiya boyunduruğu altlna düşməsinə imkan verməyəcək. 

"Ədalət" qəzeti olaraq, inanırıq ki, istintaq orqanlarımız vətənə xəyanət edən və onlara yardım göstərən Mehdiyev şəbəkəsinin bütün üzvlərinin əməllərini üzı çıxaracaq və günahkarların hamısı layiq olduqları cəzaları alacaqlar...