Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
2025-ci il üzrə Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, mərasim Norveçin paytaxtında yerləşən “Oslo City Hall”da təşkil olunub.
Mükafatın builki laureatı – Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisi Maria Korina Maçado təqdimat mərasimində iştirak etmədiyindən mükafat onun qızı Anna Korina Maçadoya təqdim edilib.
Qeyd edək ki, Norveç Nobel Komitəsi oktyabrın 10-da Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.
O, bu mükafata niyə layiq görülüb?
O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə" görə layiq görülüb.
Maria Korina Maçado kimdir?
Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisidir. O, 7 oktyabr 1967-ci ildə Karakasda anadan olub. Maçado liberal-demokrat dəyərləri müdafiə edir və uzun illərdir Venesuelada rejimə qarşı mübarizə aparan əsas simalardan biridir. O, “Vente Venezuela” adlı müxalif siyasi hərəkatın qurucusu və lideridir. 2014-cü ildə prezident Nikolas Maduro hökumətinə qarşı etirazlara görə parlament mandatı əlindən alınıb. Maçado beynəlxalq aləmdə demokratiya və insan haqları uğrunda mübarizənin simvolu kimi tanınır.
2024-cü ildə Nobel Sülh mükafatı hansı təşkilata verilib?
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh mükafatının Yaponiyanın Nihon Hidankyo təşkilatına verilməsi barədə qərar qəbul edib. Xirosima və Naqasakiyə atom bombası atılmasından sağ çıxanların yaratdığı bu hərəkat Hibakuşa adı ilə də məşhurdur. Hərəkat Sülh üzrə Nobel mükafatına nüvə silahından azad, sülh içində bir dünyanın yaradılması sahəsində göstərdiyi, o cümlədən nüvə silahından bir daha heç vaxt istifadə edilməməsinin vacibliyini şahid ifadələri ilə nümayiş etdirdiyinə görə layiq görülüb.
Nobel mükafatı hər il Alfred Nobelin anım günündə laureatlara təqdim edilir
Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.
Digər Xəbərlər
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
09 Dekabr 2025 14:19
Azərbaycan mədəniyyətində niyə dövlətin bütün resursları "Hüseynova bacılarına" xərclənir?
09 Dekabr 2025 13:54
“İnsan Ruhunun Boş Lövhədən Kamilliyə Doğru Səyahəti”
08 Dekabr 2025 13:26
Rənglərin danışdığı gün - Beynəlxalq Rəssamlar Günü
08 Dekabr 2025 12:30


Bakı -°C

