Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sisteminin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Nazir bildirib ki, bu sahədə aparılan islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir. O, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT ilə əməkdaşlığın səhiyyə sahəsində davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Vladanka Andreyeva Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının, xüsusilə də BMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə davam etdirilməsinə möhkəm sadiqliyini vurğulayıb. O, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, BMT-nin gələcəkdə də Səhiyyə Nazirliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlıq əlaqələri, eləcə də gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanla BMT strukturları arasında səhiyyə sahəsində həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.
Digər Xəbərlər
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 13:31
“Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil...”
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54


Bakı -°C

