SON DƏQİQƏ:

Mayklın Mikayıl olmaqlığı

  30467   |  
Şriftin ölçüsü  
Sayımız bir nəfər də artdı. Adı dillərdə əzbər olan müğənni Maykl Cekson da biz tərəfə keçdi. Bu qarmaqarışıq havada Binəyə gedib Amerikadan gələn təyyarəni gözləməyə dəyməz. Ən böyük konsert salonumuzun kassası qabağında növbəyə durmağa da tələsməyin. Dünya şöhrətli müğənni solo konsert vermək üçün Bakıya gəlməyə hələ ki hazırlaşmır. Onun biz tərəfə keçməyi tamam başqa məsələdi. Maykl müsəlmanlara tərəf gəlib və hamıdan tələb edib ki, onu bundan sonra Mikayıl kimi çağırsınlar.
   
   Mikayılın başına əvvəllər çox işlər gəlib. Plastik əməliyyat olunmadığı yeri demək olar ki, qalmayıb. Yaxası dəfələrlə məhkəmələrin əlinə düşüb. Özü də nə üstə - uşaqbazlıqdan tutmuş işçilərinə "pul atmağına" qədər...
   
   İndi yenə də Mikayılın adı dünya mətbuatının diqqətindədi. Hamı ondan yazır, ondan danışır. İlin-günün bu vaxtında Maykl Cekson kimi məşhur xaçpərəstin müsəlman olmağı balaca məsələ deyil. Əvvəllər bu bəlkə də sıradan bir olay sayılardı. Amma bu gün beynəlxalq vəziyyət ingiliscədi. Amerika Üsamə bin Ladeni günün günorta vaxtı çıraqla axtarır. Amma onu gördüm deyən tapılmır. Planetin ən reytinqli terrorçusu bütün xaçpərəst aləmini qorxu altında saxladığı bir zamanda dünyanın bir nömrəli estrada ulduzu müsəlmanlığı qəbul etdiyini deyir.
   
   Mikayıl işin ən çətinini gördü, qaldı xırda-para məsələlər. Xırda-para məsələlər də ibarət olsun Azərbaycan şou-biznesinə qatılmaqdan. Yəni kiminsə bostanına kərpic atmaqdan, kirayəyə götürdüyü parikini yonmaqdan, qohumunun təzə mənzilini öz halal evi kimi göstərməkdən, ayıb da olmasın, gecə yatmaq üçün sponsor tapmaqdan, kreditə avtomobil götürüb pulunu ödəyə bilməməkdən, efirə çıxıb boş-boş danışmaqdan və belə bu kimi işlərdən.
   
   Ürəyimə damıb ki, mahnıları, özünəməxsus rəqsləri, bahalı klipləri, satışına görə rekordlar qıran albomları ilə dünyada adından söz etdirən Mikayıl məhz bizim şou-biznesə qoşulacaq. Yəqin azdan-çoxdan xəbəri var, son illər bizim tərəflərdə şou-biznesin sürətlə inkişafı üçün münbit şərait yaradılıb, hüquqi baza formalaşdırılıb. Şou-bizneslə məşğul olmaq istəyənə heç kim gözün üstə qaşın var deyə bilməz. Demək istəyənin gözünə elə bir yumruq ilişdirərlər ki, neçənci ildə, hansı bölgədə doğulduğu yadına düşməz. Bütün rəsmi və qeyri-rəsmi statistika sübut edir ki, MDB məkanında ən güclü şou-biznes biz tərəflərdədi. Özünüz də barmaq hesabı hesablaya bilərsiz, Tarkan, Rafet El Roman, Alişan, Mahsun Kırmızıgül, Ebru Gündeş niyə ildə dörd dəfə Belarusa, Moldovaya yox, məhz Azərbaycana gəlir? Çelik öz restoranını niyə Baltikyanı ölkələrində deyil, Bakıda açır? Statistika Vüqar Əhmədin şeir yazmağı deyil, ağzına gələni toqquşdurasan. Çox ciddi işdi, ortada gərək dəqiq rəqəmlər ola. Statistikanın da biz tərəfdə olduğundan əminəm ki, Mikayıl Azərbaycan şou-biznesinə qatılacaq.
   
   Çox keçməz, uzağı bir-iki günə səhər tezdən televizoru açanda Mikayılı bizim telekanallarda görəcəyik. "Hacı Qəmbər" pyesindəki Qıdı kirvənin sözü olmasın, kanalımız bol, şou-verilişlərimiz də günün 24 saatı efirlərdən düşmür. Mikayılın Aygün Kazımovayla duet oxumağa, Natəvanla saçyolduya çıxmağa, Əli Mirəliyevlə dalaşmağa, Manafla yarışmağa vaxtı olacaq. Hələ mən onun telekanallarımızın mətbəx verilişlərində xaş bişirməyini yazmıram.
   
   Mikayılın xaş bişirməyinə bəlkə də baxaram, amma üz vurmayın, həmin xaşı yeməyə söz vermirəm. Lap yanında "Bəy" arağı olsa da...
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK