"Qarabağ"da şok itki
"Qarabağ"ın futbolçusu Kevin Medinanın Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la matç üçün heyətdə yer almamasının səbəbi müəyyənləşib.
Bu barədə Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 28 yaşlı müdafiəçi ötən gün komandanın məşqi zamanı əzələsini dartıb. Onun Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Bazel"lə səfər görüşünü də buraxacağı ehtimal olunur.
Medinanın dəqiq durumuna sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00