adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Dekabr 2021 15:25
1076
SAĞLAMLIQ
A- A+

Masallıda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb - FOTO

Masallı rayon sakinləri T.Qurbanov və E.Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq olunan qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və xəstəliyin digər insanlara yoluxmasına real təhlükə yaradaraq, yaşadıqları ünvanları tərk etdikləri müəyyən edilib. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.