adalet.az header logo
  • Bakı 18°C
30 Noyabr 2021 18:33
3477
GÜNDƏM
A- A+

Azərbaycan səmasının kabusu: Helikopter və təyyarə qəzaları...


Bu gün - noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları zamanı qəza hadisəsi baş verib.


 Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya ölənlərin sayı açıqlanıb:Qəza nəticəsində 14 nəfər həlak olduğu, 2 nəfərin yaralandığı deyilir.  Ümumiiyyətlə, son 30 ildə Azərbaycan səmasında   helikopter və təyyarə qəzalarının sayı artıb. 

Adalet.az  xəbər verir ki, müstəqilliyimizdən sonra Azərbaycan xalqını yasa batıran ən böyük helikopter qəzası 20 noyabr 1991-ci ildə baş verib. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən "Mİ-8" vertolyotu vurulub. Nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olub.

 

Həlak olanlar arasındakı yüksək vəzifəli şəxslər də olub. vertolyot faciəsi nəticəsində dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, QMB-nin prokuroru İqor Plaviski, QMB-nin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-nin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, vertolyot heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak oldular. Ancaq verilən məlumatlara və şahid ifadələrinə görə, Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıblar. 


28 yanvar 1992-ci il tarixində baş vermiş helikopter partlayışı xalqımızı ikinci dəfə ürəkdən yaraladı. Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən Mi-8T vertolyotunun erməni işğalçı qüvvələri tərəfindən vurulması nəticəsində içərisində uşaq olmaqla   44 nəfər dinc sakin terror qurbanına çevrildi. “Azal” konserninə məxsus 24137 bort nömrəli  Mİ-8T vertolyotu ermənilər tərəfindən “Yer-Hava” tipli raketlə vuruldu.


12 oktyabr 2007- "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot (toplam 6 nəfər) həlak olub. 


3 fevral 2011-ci ildə Kürdəmirdə təlim uçuşu zamanı Su-25UB markalı təyyarə qəzaya uğrayıb. Pilot Zaur Yusifli və köməkçisi katapult edərək xilas ola bilib.


11 fevral 2013-cü il tarixində HHQ-nin Mi-17 markalı hərbi nəqliyyat helikopteri Şıx qəsəbəsi yaxınlığında dənizə düşüb. Helikopterin pilotları Yaşar Rüstəmov, Rüstəm Rüstəmov və Bəhruz Zeynalov həlak olub.


2 aprel 2016-cı il tarixində cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən Mi-24G tipli döyüş helikopterinin vurulması nəticəsində helikopterin pilotları – Urfan Vəlizadə, Təbriz Mustafazadə və Bəkir İsmayılov şəhid olub.


 24 iyul 2019-cu il tarixində Xəzər dənizi üzərində MiQ-29 döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində pilot Rəşad Atakişiyev həlak olub. Rəsmi açıqlamaya görə, MiQ-29-un  quşa çırpılması  qəzaya səbəb olub.
 

Təyyarə qəzaları

 


 Azərbaycanlılar  ilk dəfə ən dəhşətli qəza ilə 12 dеkаbr 1988-ci ildə tanış oldular. Zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn cəmi 1 nəfər - Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalır. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olur. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilir. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınır. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, «ermənilər arasında yaralı türkə yer yoxdu», - deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırırlar.


1995-ci il, 5 dekabrda Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. 
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya qəzanın TU-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi qənaətinə gəliblər.

 

 

1997-ci il 15 mayda  "AZAL"a məxsus "Yak 40" təyyarəsində Gəncə yaxınlığında təlim keçən gənc pilotlar 4-cü dairəni tamamlayarkən təyyarə böyük bucaq altında şığıyaraq yerə çırpılıb və təyyarədəki 6 nəfərin hamısı həlak olub. Sonradan araşdırma zamanı təyyarənin oksigen balonunda güllə izi aşkar edilib. Məlum olub ki, kimsə alçaqdan uçan təyyarəyə atəş açıb. Həmin gün aeroport yaxınlığındakı poliqonda Azərbaycan ordusu təlim keçirdi. 

 

2005-ci il dekabrın 23-də Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanında havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayaraq Nardaran qəsəbəsi yaxınlığında, Xəzər sahilində yerə düşüb.
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olub. Onların 15-i Azərbaycan, 8-i xarici ölkə vətəndaşları olub.

 


29 yanvar 2008-ci ildə baş verib. Xəzər dənizi üzərində – Giləzi istiqamətində təlim uçuşu zamanı HHQ-nin MiQ-29 təyyarəsi dənizə düşüb. Təyyarədə olan hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Hadisədən bir ay sonra Ə. Aslanovun nəşi tapılsa da, F.Əsgərovun nəşini tapmaq mümkün olmayıb.


4 mart 2010-cu il tarixində Tovuz rayonu ərazisində təlim uçuşu zamanı qəzya uğrayan Su-25 təyyarəsinin pilotu Famil Məmmədli həlak olub.


2011-ci il, 5 iyulda Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus İL-76 təyyarəsi Əfqanıstanın Pərvan vilayətində qəzaya uğrayıb. Bakıdan Bəhram aerodromuna 18 ton yük aparan təyyarə ilə əlaqə iyulun 5-i axşam radələrində kəsilib. Sonradan İl-76-nın Əfqanıstanda NATO qüvvələrinə qarşı silahlı mübarizə aparan “Taliban” qruplaşması tərəfindən raketlə vurulduğu müəyyən olunub. Nəticədə yük təyyarəsinin göyərtəsindəki 5 Azərbaycan və 4 Özbəkistan vətəndaşı həlak olub.

 

2016-ci il, 18 may - Azərbaycanın Dövlət Mülki Aviasiya Administrasiyası mayın 18-də Əfqanıstanın Dvayer hava limanında baş vermiş təyyarə qəzası ilə bağlı məlumat yayıb. Administrasiyadan daxil olan məlumatda bildirilir ki, təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb. "Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb". Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Onlardan 7 nəfəri həlak olub.

Əntiqə Rəşid