adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Noyabr 2021 10:17
3938
ŞOU-BİZNES
A- A+

Xalq artistindən iyrənc əməl: Yediyinin pulunu verməmək üçün restorana şər atdı

 Bahalı zinyət əşyaları , aksesuraları ilə hər zaman özünə diqqət cəbləşdirə bilən, şou-biznes aləminin xüsusən müğənnilərin qalmaqallı. Böhtan xarakterli açıqlamaları ilə gözünün odunu almış xalq artisti, mərhum İlhamə Quliyevadan yeni xəbər var

Adalet.az xəbər verir ki, aparıcı Elgiz Əkbər öz verlişində maraqlı bir açıqlama  edib ki, o da 70 ildə yığdığı varidatının kimə qaldığı bilinməyən xalq artistinin iç üzünü ortaya qoyub. Aparıcı müğənninin bir dəfə restoranda etdiyi hadisəni danışıb. O bildirib ki, hesabı ödəməmək üçün İ.Quliyeva məkanı şərləyib:
“Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa. Pis oldum ki, insanlar belə qulluq edib. Yanımızda oturan da elə bil öyrənmişdi. Başladı qaytarmağa. İlhamə xanım təcili yardıma zəng vurdu ki, təcili gəlin filan restorana, burada insan ölür. Başladı qışqırmağa ki, bu nə yeməkdi. Qəfildən qapı açıldı, məkanın əməkdaşı girdi içəri ki, filankəs bildi burdasınız, bütün hesabı ödəyib. İlhamə Quliyeva qayıtdı ki, zəng edin təcili yardım gəlməsin. Yenidən yeməyə davam etdi”.
Bəzən biz  bəzi insanların bu həyatda Allahını danmasını, şər-böhtana üstünlük verməsini bağışlayırıq, hətta unuduruq. Amma qüdrətli olan Allah heç nəyi unutmur, heç qəsdən edilmiş bir günahı bağışlamır!

Ömrünün sonunu faciələrlə, ağır imtahanlarla gətirən xalq artisti zatən bu dünyada cəzasını almışdı.  Allahı unutmayın insanlar!

 Əntiqə Rəşid