SON DƏQİQƏ:

Azərbaycanda iki polis əməkdaşına CİNAYƏT İŞİ AÇILDI

  839   |  
Şriftin ölçüsü  

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayev barəsində cinayət işi başlanılıb.

Adalet.az xəbər verir ki, hər iki polis əməkdaşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 232.2.3-ci (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham verilib.

Belə ki, Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından birinin yoxa çıxması 2020-ci ilin dekabrında üzə çıxıb. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan yoxlama nəticəsində məlum olub ki, silahların sayında əskiklik var.

Silahın axtarışları dörd ay davam edib və 2021-ci ilin aprelində Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə əlaqədar saxlanılıb.

Hər iki polis əməkdaşı barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Qeyd edək ki, 2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb, o cümlədən növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

2021-ci ilin aprelində silahın yeri məlum olandan sonra o, Sabunçu rayonu, 13-cü polis bölməsinə inspektor vəzifəsinə təyin edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK