Parlamentdə şok: "Arayik Arutunyan dedi ki. Azərbaycan tələb edir, deyə, ordunu ləğv edəcəyik"
“Arutyunyana görə, əgər Ermənistan hakimiyyəti Qarabağın müstəqilliyini vaxtında tanıtsaydı, Azərbaycanla müharibənin qarşısı alınardı”.
Adalet.az xəbər verir ki, bu sözləri "Şuşadan olan “məcburi köçkünlər” erməni icmasının üzvü Aşot Arutyunyan deyib. O, Ermənistan milli parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Daimi Komissiyasının təşəbbüsü ilə keçirilən iclasda Qarabağdan olan məcburi köçkünlərin problemlərinin müzakirəsi zamanı. Aşot fikrinə bu sözləri də əlavə edib:“Qarabağdakı separatçı rejimin silahlı birləşmələri ləğv edilir. Bu xəbəri Arayik Arutyunyan (qondarma “DQR” rəhbəri -red-ƏR) özü məlumat verdii.
"Başçı" Aşot ilə söhbət zamanı Qarabağdakı separatçı rejimin ordusunun ləğv ediləcəyini açıqlayıb. Arutyunyan “Azərbaycanlılar tələb edir” deyə vurğulayıb.
Arutyunyanın dediyi “ordu” sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı birləşmələridir.
Qeyd edək ki, QHT rəhbəri Aşot Arutyunyan sonda bildirib ki, “ölkə başçısının” bu açıqlaması onu bərk qəzəbləndirib.
Əntiqə Rəşid