SON DƏQİQƏ:

UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb

  299   |  
Şriftin ölçüsü  

UNEC-in rektoru professor Ədalət Muradov 2021/2022-ci tədris ilində universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb.

Qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor, onlara təhsillərində uğurlar arzulayıb.

Rektor tələbələrə UNEC-də tətbiq olunan yeniliklər, dünyanın aparıcı universitetləri ilə həyata keçirilən ikili diplom və mübadilə proqramları barədə məlumat verib. Həmçinin Universitet Daxili İki Diplom (UDİD), minor proqram, ixtisas istiqamətlərindən söz açıb. İngilis dilinin yeni standartlara uyğun olaraq təşkil olunduğunu, tələbələrin xarici dil və İT biliklərinin, eləcə də peşə kompetensiyalarının artırılması məqsədilə tədris planında yeniliklərin tətbiq olunduğunu deyib. Məzun olduqda tələbələrə akademik traskriptlə yanaşı, iş dünyasının tələblərini əks etdirən non-akademik transkriptin veriləcəyini diqqətə çatdırıb.

Tələbələrə startap ideyalarının reallaşdırılmasına universitet tərəfindən lazımi dəstəyin göstərilə biləcəyini qeyd edən rektor onlara universitetin ictimai-sosial həyatında fəal və təşəbbüskar olmağı tövsiyə edib. Tədrisin keyfiyyətinin artırılması ilə bağlı hər bir tələbənin təklif və təşəbbüsünü dinləməyə açıq olduğunu bildirib.

Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK