“15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”
“Azərbaycan Cümhuriyyəti elan olunduğu (28 May 1918, Tiflis) günlərdə paytaxt Bakı bolşeviklərin, daha sonra Britaniyanın dəstəklədiyi eserlərin Sentrokaspi hökumətinin əlində idi”.
Adalet.az xəbər verir ki, bunu professor Qulu Məhərrəmli deyib.
“Hər iki hökumətdə erməni-rus hərbi qüvvələri aparıcı rol oynayırdı. Cümhuriyyət hökuməti və Osmanlı Türkiyəsi arasında 1918-ci il iyunun 4-də bağlanmış müqaviləyə görə Nuru paşanın komandanlığı ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu Gəncədən Bakıya doğru yürüşə başladı. Göyçay, Kürdəmir, Ucar, Səlyan, Şamaxı istiqamətində bolşevik-erməni qüvvələri ilə ağır döyüşlər aparıldı. Avqustun əvvəllırində Bakıya ilk hücum uğursuz oldu. Lakin qüvvələri səfərbər edən Azərbaycan-Türk ordusu sentyabrda yenidən hücuma keçərək, 36 saatlıq aramslz döyüşlərdən sonra sentyabrın 15-də Bakını işğalçılardan azad etdi. Beləliklə, böyük M.Ə.Rəsulzadənin sözləri ilə desək, “Azərbaycanın bədəni ilə başı birləşdi”. Biz bu cahanşümul qələbəni şərəf tariximizə yazmış qəhrəmanları ehtiramla yad edirik. Həm də Bakının işğaldan azad edilməsi şərəfinə nə vaxtsa 15 sentyabrın paytaxt günü elan olunmasına ümid edirik”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Sentyabr 2026 00:01
Bakının işğaldan azad edilməsindən 108 il ötür
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18


Bakı -°C

