adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 12:57
936
İDMAN
A- A+

"Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq" - Qurban Qurbanov

“Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. Qrupdakı hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində "Kayrat"la sabah Bakıda keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Qazaxıstan klubu ilə matçın çətin olacağını bildirib: “Kayrat” matça çox ciddi yanaşır. Onların “Bazel”lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. Yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki matçlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm”.

Q.Qurbanov əlavə edib ki, "Kayrat"a qarşı düzgün müdafiə olunmaq lazmdır: “Müdafiə futbolu oynayırlar və əks-hücumlara çıxırlar. Biz topun sürətini artırmalıyıq. Mütləq səbirli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmaq lazımdır. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq".