SON DƏQİQƏ:

Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq

  216   |  
Şriftin ölçüsü  

 Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu il ilk dəfə olaraq Azərbaycanı  NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi) 2022-ci ildə keçirəcəyi "Human Exploration Rover Challenge" müsabiqəsində təmsil edəcək. Bu, Azərbaycan tarixində bir ilkdir. Dünyanın müxtəlif orta və ali məktəblərindən olan 91 komandanın qatıldığı beynəlxalq müsabiqədə Azərbaycanı yeganə olaraq Bakı Ali Neft Məktəbi təmsil edir.

Ali Məktəbin komandasına məsləhətçi Aygül Musayeva və kapitan Nihad Həbizadə olmaqla, Hüseyn Abızadə, Şəmistan Lətifov, Cavid İsayev, Anar Alızadə, Aytən Sədirova, Şəms Gözəlova və Turan Səfərova daxildir. 

Qeyd edək ki, “NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə  tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu müsabiqədə rəqabət aparır.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK