adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2021 09:21
1049
DÜNYA
A- A+

Türkiyənin yaxınlığında ABŞ hərbi bazası ? - Müdafiə müqaviləsinin sirləri açılır

Ötən günlərdə ABŞ və Yunanıstan rəsmiləri arasında imzalanmış 5 illik müdafiə müqaviləsinin gizli detalları ortaya çıxıb.

Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə ABŞ-ın Türkiyəyə yaxın yunan adalarında hərbi bazalar yaradacağı nəzərdə tutulub.

Bildirilib ki, Amerika ordusu Egey dənizindəki adalardan birində hərbi baza yaratmağı hədəfləyir.

Hərbi bazanın qurulacağı yunan adası – Samotraki (türkcə Semadirək - red.) Türkiyənin Göyçə adasından sadəcə 7 mil uzaqlıqdadır.

Yunanıstanın Dədəağaç (yunanca Evros – red.) bölgəsinə yaxınlığı, həmçinin Çanaqqala boğazından keçəcək Rusiya gəmilərinə nəzarət imkanının olması səbəbindən bu qərarın verildiyi deyilir.