adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Oktyabr 2021 18:06
1271
HADİSƏ
A- A+

İranda güclü zəlzələ: 5,1 bal

İranın cənub-şərqində yerləşən Kirman vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

 

Adalet.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələnin episentri bu gün yerli vaxtla saat 15:16-da Zərənd rayonun Yəzdanşəhr şəhəri ətrafında olub. Yeraltı təkanların dərinliyi 10 km-dir.

 

Ehtimal olunan dağıntı və tələfat haqqında məlumat verilməyib.