adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Oktyabr 2021 11:15
468
DÜNYA
A- A+

Rejimi tənqid edən jurnalistə hücumlar başladı: İranda

Buşehrin mərkəzi həbsxanasında sərt davranışa məruz qaldığını bildirən iranlı aktivist və jurnalist Sapideh Qolian saxlanılıb.

Adalet.az xəbər verir ki, bu məlumatı “Azad Avropa Radiosu” yayıb.

Məlumata görə, sentyabrda öz Tvitter səhifəsində Buşehr həbsxanasındakı məhbusların psixoloji təzyiq, kollektiv cəza və zorlanmaya məruz qaldığını bildirən 26 yaşlı aktivist bir müddət sonra polisin hücumuna məruz qalıb.

Belə ki, jurnalistin evinə hücum edən şəxs onu əvvəlcə Buşehr həbsxanasına, ardınca isə Tehranın "Evin" həbsxanasına aparıb. Məhz burada onu zorlama və ölümlə təhdid ediblər.