adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Oktyabr 2021 13:15
1859
MƏDƏNİYYƏT
A- A+

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi

SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

Adalet.az-ın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti kimi çalışıb.

1992-ci ildə karyerasını başa vuran müğənni "Bolşoy" Teatrın İnkişaf Fonduna rəhbərlik edirdi.